Modern.az

“Bu, Suriyanın bölünməsinə gətirib çıxaracaq” - Bəkir Bozdağ

“Bu, Suriyanın bölünməsinə gətirib çıxaracaq” - Bəkir Bozdağ

19 Fevral 2018, 22:29

“Əsəd rejimin YPG-ni qorumaq üçün Afrinə girməsi fəlakətə yol açar.Hər cür əxlaqsızlığa qarşı, hər cür hücuma qarşı uşaqlarımızı qorumaq hamımızın vəzifəsidir. İlk növbədə də hökumətimizin, təhlükəsizlik qüvvələrimizin və dövlət qurumlarının əsas vəzifəsidir". Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bildirib.

 

Baş nazirin müavini bildirib ki, bu mövzu ilə bağlı xəbərləri diqqətlə izləyirlər: “Suriya hökumət ordusunun Afrinə girəcəyi ilə bağlı xəbərlər təsdiqini tapmayıb.  Əsəd rejiminin PYD/YPG-yə müdafiə üçün bölgəyə qoşun yeritməsi fəlakətlə nəticələnəcək. Belə bir hücum Suriyanın bölünməsinə gətirib çıxaracaq”.

 

Qeyd edək ki, bu gün kürd qrupları və Bəşər Əsəd hökuməti arasında Suriya ordusunun Afrinə daxil olması barədə razılığa gəldiyinə dair məlumatlar yayılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır