Modern.az

Azərbaycan nefti 1 dollar bahalaşdı

Azərbaycan nefti 1 dollar bahalaşdı

Aktual

19 Fevral 2018, 23:29

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 66,21 dollar/barel təşkil edib. Bu da daha öncəki günə olan göstəricidən 0,94 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 65,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,95 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 61,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,14 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 64,15 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,13 dollar/barel çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır