Modern.az

Bakıda “yaşıl soyqırımı” - 5 ağacı qanunsuz kəsdilər

Bakıda “yaşıl soyqırımı” - 5 ağacı qanunsuz kəsdilər

Aktual

21 Fevral 2018, 17:29

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, keçirilən reyd zamanı Nizami rayonu, Q.Qarayev prospekti 59 ünvanında gecə saatlarında yaşköküstə 5 ədəd müxtəlif cinsli ağacın kəsildiyi müəyyən edilib.

 

Faktla bağlı akt tərtib edilərək təqsirkarın müəyyən edilməsi üçün toplanmış materiallar tədbir görülməsi məqsədilə Nizami rayon polis idarəsinə göndərilib. Eyni zamanda sözügedən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən 20 ədəd yeni ağacın əkilməsi təmin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü