Modern.az

“AFB Bank”dan iddialara CAVAB

“AFB Bank”dan iddialara CAVAB

Aktual

21 Fevral 2018, 17:42

Bu gün bəzi KİV-lərdə “AFB Bank”da kredit və təminat departamentlərinin rəhbərlərinin - Kredit departamentinin direktoru Mübariz Bayramov və Təminat departamentinin direktoru Qəhrəman Abbasovun vəzifələrindən azad edilməsi barədə məlumat yayılıb.

 

Qeyd olunub ki, “AFB Bank” ASC 2017-ci ili zərərlə bitirib. Bankın 1 yanvar 2018-ci ilə olan maliyyə hesabatına əsasən  ötən il ərzində 24,674 mln. manat ümümi faiz gəliri əldə edib.

Bu da 2016-cı il ilə müqayisədə daha 8 mln. daha çox faiz gəlir əldə etməsi deməkdir. Lakin kommersiya bankı bu göstərici ili ötən ilki xərclərini qarşılaya bilməyib – ili 12,19 mln. manat xalis zərərlə bitirib.

 

Bankın cəmi kapitalı ilin ilk rübündə 82, 173 mln manat təşkil etdiyi halda ilin sonunda  67,58 mln. həcminə düşüb. Bankın zərəri balansında olan 9,4 mln. manat bölüşdürülməmiş mənfəəti yoxa çıxarmaqla yanaşı 4,8 milyon manat əlavə yığılmış zərər ortaya çıxarıb.

 

Mübariz Bayramov Modern.az-a açıqlamasında bu məlumatları təkzib edib:

 

“Bankın əlaqə nömrələri saytda qeyd edilib. Bu məlumatı yazanda heç olmasa zəng edib məlumatı dəqiqləşdirsinlər. Mən necə ki, bu bankın açılışında qırmızı lenti kəsmişəm, indi də eləcə bankdakı işimdəyəm. Məlumatı elə təqdim ediblər ki, bank zərərlə işləyir və onun zərərlə işləməsinə biz səbəb olmuşuq. Qəhrəman Abbasov da işinin başındadır, mən də. Nə qovulmuşuq, nə də ixtisara düşümüşük. İnanmayanlar İnsan resursları departamentilə əlaqə saxlaya bilərlər. Olmaz, insanlar barədə dəqiqləşdirilməmiş məlumatları yazmaq və yaymaq olmaz. Bu, peşə etikasına sığışmayan bir haldır”.

 

M.Bayramov məlumatın məqsədli şəkildə yayıldığını vurğulayıb:

 

“Sadəcə bankda baş verən struktur dəyişikliyi ilə vəzifə dəyişikliyi olub. Bu isə işdən qovulmaq demək deyil. Bizdə Kredit departamentinin adı dəyişdirilərək, Kredit təhlil departamenti olub. Mən də həmin departamentdə Portfelə nəzarət şöbəsinin rəhbəri təyin olunmuşam. Mən 9 ildir bu bankda çalışıram, bura əmək sərf etmişəm. Kimsə qeybdən bir məlumat yaza bilməz”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır