Modern.az

Rezidenturaya sənəd qəbulu bu gün başa çatır

Rezidenturaya sənəd qəbulu bu gün başa çatır

22 Fevral 2018, 16:41

2018/2019-cu tədris ili üçün rezidenturaya sənəd qəbulu günün sonunadək davam edəcək.

Modern.az DİM-ə isitnadən xəbər verir ki, qəbul imtahanında iştirak etmək üçün namizədlərin  ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd  Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra  ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

 

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 22 fevral saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (//www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=3) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurmalı və təsdiq etməlidir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır