Modern.az

Azərbaycan Küveyt əlaqələri inkişaf edir

Azərbaycan Küveyt əlaqələri inkişaf edir

Aktual

22 Fevral 2018, 21:09

“Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Küveytin Azərbaycanın mövqeyini daim dəstəkləməsi ölkəmiz tərəfimizdən yüksək qiymətləndirilir”. Modern.az xəbər verir ki, bunu Bakıda Küveytin Müstəqillik Gününün 57-ci, işğaldan azad olunmasının 27-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib.

 

Azad Rəhimov bildirib ki, iki dost ölkə arasında əməkdaşlığın inkişafı üçün son illər xeyli iş görülüb: “İki ölkə arasında iqtisadi, turizm, mədəniyyət, ticarət və digər sahələrdə əməkdaşlıq getdikcə genişlənir. Aviasiya haqqında 2016-cı ildə imzalanmış saziş əməkdaşlığın inkişafı baxımından böyük rol oynayır".

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı