Modern.az

Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin edəcək

Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin edəcək

Dünya

24 Fevral 2018, 21:39

“Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə və istənilən təhlükə mənbələrərini aradan qaldırmağa davam edəcək. Heç kəsin Ankaradan Türkiyə sərhədlərinə təhlükənin aradan qaldırılması istiqamətində atdığı addımlara görə cavab tələb etməyə haqqı yoxdur”. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş əyalətində keçirilən mitinq zamanı bildirib.

 

Ərdoğan qeyd edib ki, Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin edəcək: “Türkiyə istənilən təhlükə mənbələrərini aradan qaldırmağa davam edəcək. Türkiyə və onun ordusu düşmənlərdən qorxmur. Afrindəki əməliyyat bunu sübut edir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır