Modern.az

Burkino-Fasoda dövlət çevrilişinə cəhd olub

Burkino-Fasoda dövlət çevrilişinə cəhd olub

2 Mart 2018, 17:46

Burkina Fasonun Baş Qərargahına hücum olunub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin paytaxtı Uaqaduqu şəhərində bir qrup şəxs şəxsi avtomobillərindən düşərək Baş Qərargahın yaxınlığında ətrafa atəş açıb. Sonra isə Baş Qərargahın yaxınlığında partlayış baş verib.

Eyni zamanda Fransa səfirliyinin yaxınlığında silah səsləri eşidilməyə başlayıb. Hadisə yerinə çoxlu sayda polis, təhlükəsizlik qüvvələri cəlb olunub. Qarşıdurmalar davam edir. Cinayətkarkların kim olduğu hələ ki, müəyyənləşdirilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır