Modern.az

Azərbaycanlı baş katibdən TƏKLİF: “İki təşkilat birgə tədbir keçirsin”  

Azərbaycanlı baş katibdən TƏKLİF: “İki təşkilat birgə tədbir keçirsin”    

13 Mart 2018, 12:17

“Azərbaycanın ümummilli lideri Heydər Əliyev deyib ki, yol, inkişaf, çiçəklənmə deməkdir. İpək Yolu sadəcə nəqliyyat yolları kimi nəzərdən keçirilə bilməz. Bu yolun başqa mühüm əhəmiyyətləri də var. Əvvəllər ölkələrin gücü onun nefti, qazı ilə ölçülürdü. Lakin sonradan bu tendensiya fərqli oldu. Bu gün dünyada nəqliyyat sahəsinin gəlirləri 5.5 trilyon dollarla ölçülür. Gələcəkdə ümumi daxili məhsulların gətirdiyi gəlirlərin 75 faizi nəqliyyat sektorunun payına düşəcək. Dövlətlərin inkişas səviyyəsi daha çox nəqliyyat sektorlarından asılıdır”.

Modern.az saytının xəbərinə görə, bunu "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfransda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev deyib. Onun sözlərinəgörə, Bakı-Tbilisi-Qars dəmir yolu Böyük İpək Yolunun bir hissəsi kimi fəaliyyət göstərəcək.

“TANAP və TAP layihələrinə baxaq. Bu iki boru kəməri Avropanın enerji təhlükəsizliyi mənbəyi kimi nəzərdən keçirilir. İpək Yolu təkcə neft-qaz ötürülməsi ilə bağlı deyil, burada başqa məsələlər də var. Qara dəniz hövzəsi baxımından da İpək Yolunun böyük əhəmiyyəti var. Mən ATƏT Parlament Assambleyası ilə baş katibi olduğum təşkilatın İstanbulda birgə tədbir keçirilməsini təklif edirəm. Bu, çox əhəmiyyətli olar”-deyə A.Hacıyev əlavə edib.

Baş katib bildirib ki, dünyaya sülh, təhlükəsizlik gətirmək əsas öhdəliklərdir. “İpək Yolu bizi ayırmamalıdır, birləşdirməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü