Modern.az

Deputat şəhid ailəsini ziyarət etdi - FOTO  

Deputat şəhid ailəsini ziyarət etdi - FOTO   

Aktual

14 Mart 2018, 15:27

Milli Məclisin deputatı Sona Əliyeva “Aprel döyüşləri”ndə 19 yaşında şəhid olmuş Şəmkirin Tatarlı kənd sakini Nurlan Qasımovun ailəsinə baş çəkib.

Modern.az-ın məlumatına görə, Sona Əliyeva Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlunun layihəsi çərçivəsində “Aprel şəhidləri”nin xatirəsinə hörmət əlaməti olaraq  yeniyetmə gənclər tərəfindən çəkilmiş portreti şəhidin ailəsinə təqdim edib.

Deputat şəhidin atası Cəmil Qasımov və anası Südabə xanımın gündəlik qayğıları ilə tanış olub.

Qeyd edək ki, Nurlan Qasımovun şəhadətə ucalandan sonra ailədə yeni qız uşağı dünyaya gəlib. Balaca Fidan artıq 9 aylıqdır. Fidanın valideynləri deyib ki, Tanrının payı olan körpə onların ailəsinə yeni qayğılar, sevinc gətirib.

Millət vəkili Sona Əliyeva qarşıda gələn Novruz bayramı münasibəti ilə Qasımovlar ailəsini təbrik edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır