Modern.az

Avtomobil oğrusu tutuldu

Avtomobil oğrusu tutuldu

Aktual

14 Mart 2018, 16:51

Martın 12-də Qobustan şəhərinin ərazisindən rayon sakini Tural Zahidova məxsus “Niva” markalı avtomobil qaçırılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, avtomobil həmin gün şəhərin ərazisində əzilmiş vəziyyətdə tapılıb.

 

Qobustan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Nabur kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Abduləliyev saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır