Modern.az

Bu adada “səssizlik bayramı” qeyd olunacaq

Bu adada “səssizlik bayramı” qeyd olunacaq

Aktual

16 Mart 2018, 12:54

Bali adası “ səssizlik bayramı”na hazırlaşır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,sabah İndoneziyanın Bali adasında hinduların özünəməxsus bayramı keçiriləcək. “ Səssizlik bayramı”nda turistlər də daxil olmaqla heç kim küçəyə çıxmayacaq. Ada bayram ilə əlaqədar tam bir sükuta qərq olacaq. Gün boyu bütün uçuşlar ləğv ediləcək, internetlə əlaqə tam kəsiləcək.

 

Küçələrə qaydalara tam riayət olunması üçün sadəcə, polis əməkdaşlarının çıxmasına icazə verilir. Qeyd edək ki, Bali adası hinduların sıx yaşadığı ərazidir. Hindular yerli dil ilə “ Nyepi” kimi tanınan bayram günündə şeytanın yerə endiyinə inanırlar.

Buna görə də uğursuzluqları,şanssızlıqları qovmaq üçün həmin gün əyləncələrdən, internetdən, hətta söhbətlərdən uzaq qalırlar. Həmçinin “ Nyepi” gününü yeni ilə giriş günü kimi qəbul edirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır