Modern.az

Terrorçular Afrini tərk edən insanlara mane olmağa çalışır

Terrorçular Afrini tərk edən insanlara mane olmağa çalışır

Dünya

18 Mart 2018, 00:20

Britaniyada fəaliyət göstərən Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, çərşənbədən bəri 150 mindən çox Afrik sakini regionu tərk edib. Buna səbəbin Türkiyənin döyüş təyyarələri və artilleriyasının gecə ərzində regiona zərbə endirməsi olduğu deyilir.

BMT-nin baş katibi cümə Afrin və üsyançıların nəzarət etdyi digər anklav şərqi Qutadan suriyalıların axınına görə “dərin narahatlığını” ifadə edib.

“Mən 2401 nömrəli, yəni Suriya boyu zorakılıqların dayandırımasını tələb edən qətnamənin yerinə yetirilməməsinə görə dərindən təəssüflənirəm,” deyə Antonio Qutteres Təhlükəsizlik Şurasının martın 4-də yekdilliklə veridyi qərarına istinadən söyləyib.

“Birləşmiş Millətlər Təşkilatı və tərəfdaşları ehtiyacı olanları dərhal həyat-qurtaracaq yardımla təmin etməyə hazırdır,” Quterres bəyanatında bildirib. “Mən bütün tərəfləri bütün ərazilərə təhlükəsiz və maneəsiz humanitar çıxış açmağa çağırıram.”


​Narahatedici xəbərlər

Cümə günü BMT-nin İnsan Haqları İdarəsi Türkiyə qüvvələrinin kürd döyüşüçülərə qarşı mübarizə apardığı Afrin şəhərindən narahatedici xəbərlər aldığını bildirib. Kürd qüvvələrinin oradakı mülki vətəndaşların şəhəri tərk etmələrinin qarşısını aldığı deyilir.

“Bizə belə bir xəbər gəlib ki, yalnız kürd silahlı qüvvələri ilə əlaqəsi olanların getmələrinə icazə verilib”,- deyə sözçü Ravina Şamdasani bildirib. O deyib ki, hətta şəhəri tərk edənlər də böyük təhlükələrlə üzləşiblər və Afrindən çıxa bilmək üçün hökümətin dəstəklədiyi silahlı qruplara pul verməli olublar.

BMT-nin Uşaq Fondu bildirir ki, onlar şərqi Qutadan qaçan 50 min insana yardəm etmək üçün plan hazırlayıb.

Cümə günü ərazidə artıq ikinci dəfə hava hücumları davam edib. Nəticədə onlarla insan ölüb.

Suriya İnsan Haqları Müşahidə Qrupunun direktoru bildirib ki, cümə axşamı Qutanın şərqindəki Hammuriyə şəhərindən minlərlə vətəndaş qaçıb. Rusiya cümə axşamı qaçan insanların sayının 12 mindən çox olduğunu deyib, Suriyanın BMT üzrə nümayəndəsi isə şərqi Qutanın bütün ərazilərini 40 min insanın tərk etdiyini və onların müvəqqəti sığınacaqlara yerləşdirildiyini bildirib.

Dumaya yardım

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Piter Maurer cümə axşamı şərqi Qutaya aparılan yardım konvoyuna rəhbərlik edib. 25 yük maşınından ibarət idarələrarası konvoy Dumanın 26.100 sakininə bir aylıq yarın daşıyıb.

“Mənim orada gördüyüm insanlar taqətdən düşüb,” Mauer deyib. “Onlar mülki vətənadaşların yaşadığı məhəllələrə atılan bomba və raketlərdən taqətə gəlib” ("Amerikanın səsi").

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır