16 iyul 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - “Bizim planet” ABŞ-ın ikili standartlarını pislədi
“Bizim planet” ABŞ-ın ikili standartlarını pislədi
19.03.2018, 11:50

Həftənin şənbə günü öz tamaşaçı auditoriyası ilə görüşən “Bizim Planet” verilişində bu dəfə VI Qlobal Bakı Forumu, burada keçirilən iclaslarda dünyamız üçün vacib qlobal problemlərin təhlili, forum çərçivəsində ölkəmizə səfər edən dövlət və hökumət başçıları ilə prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın keçirtdiyi mühüm görüşlər barəsində geniş müzakirələr aparılıb. Veriliş boyu Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünün əhəmiyyətli məqamları, eləcə də Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyanın ABŞ-a səfəri diskussiyalarda əks olunub.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov  ötən həftə baş tutan VI Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayaraq bildirib ki, ilk dəfə deyil ki, Bakıda belə böyük tədbirlər keçirilir. Son dövrlərdə Bakı şəhəri dünyanın ən böyük forumları, mədəniyyətlər və sivilizasiyalararası, dinlərarası dialoqların keçirildiyi mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bu tədbirlərə hər zaman nüfuzlu şəxslərin qatıldığını qeyd edib. Rufiz Qonaqov İlham Əliyevin forumdakı çıxışının vacib məqamlarına toxunub.

Prezident İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib: “Bakı Qlobal Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərindən biridir.  Qonaqlarımız arasında, artıq qeyd etdiyim kimi, 50-dən çox ölkənin nümayəndəsi var. Qonaqların sayı 450-dən çoxdur. Onların sırasında 47 hazırkı və keçmiş dövlət və hökumət başçıları var. Daha sonra tanınmış siyasətçilər, dövlət xadimləri, alimlər, vətəndaş cəmiyyətinin təmsilçiləri var. Əminəm ki, Forumun gedişi zamanı beynəlxalq münasibətlərin gündəliyində olan ən mühüm məsələləri müzakirə edəcəyik. Həmçinin inanıram ki, dünyada təhlükəsizliyin, sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın təmin edilməsi üçün mühüm tövsiyələr də olacaq".

“Bizim Planet” verilişinə qonaq olan millət vəkili Çingiz Qənizadə, Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov və Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elşad Miraləm də öz növbələrində VI Qlobal Bakı Forumunun əvvəlki təbirlərədən seçildiyini, forumda keçirilən iclaslar zamanı təhlil olunan mövzuların vacibliyi, qaldırılan məsələlərin həlli istiqamətində verilən təkliflər və bu problemlərin ümumiləşdirilərək müəyyən siyasi dairələrə çatdırılmasının mühüm əhəmiyyətini vurğulayıblar.

Millət vəkili Çingiz Qənizadə qeyd edib ki, “VI Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə güc analayışı, beynəlxalq münasibətlər zəminində yeni ortaya çıxan güclərdən söhbət getməyə başladı. Burada milli-mənəvi dəyərlərə, tollerantlığa toxunuldu ki, bu da Azərbaycan nümunəsini ortaya qoydu”.

Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elşad Miraləm bildirib ki, “Forumda iştirak edən nüfuzlu qonaqların Azərbaycana gəlişi, Azərbaycan mədəniyyəti, tarixi və inkişafı ilə yaxından tanış olması bir növ Azərbaycanın təbliğinə xidmət edir. Həmçinin foruma qatılan müxtəlif dövlətlərin KİV nümayəndələrinin iştirakı Azərbaycanla bağlı məlumatları, ölkəmizdə gedən siyasi prosseslər, iqtisadi inkişaf, mədəni mühit və s. barəsində informasiyaları dünyaya çatdırır”.

Vurğulanıb ki,VI Qlobal Bakı Forumunda Azərbaycan rəhbərliyi və dövlət rəsmilərinin öz çıxışları zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində qarşılaşdığı çətinliklərlə bağlı iştirakçıları məlumatlandırıblar. 

Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov bildirib ki, “Prezident öz çıxışında təhlükəsizlik, Ermənistanın Azərbaycana təcavüzü, 25 ildən artıqdır ki, Azərbaycan torpaqlarının işğl edilməsi və dünya birliyinin bu məsələnin həllindəki mövqeyini vurğuladı”. Siyasi elmlər doktoru qeyd edib ki, münaqişənin həll olunmasında təkcə Ermənistan deyil, həm də ikili standartlar dayanır. Nə qədər ki, beynəlxalq hüquq normaları düzgün işləməyəcək kiçik dövlətlər, böyük dövlətlərin təsiri altında qalamğa məcbur olacaqlar.

Məsələ ilə bağlı “Bizim Planetdə” aparılan müzakirələr zamanı qeyd olunub ki, ona görə də dünya və dünyanı idarə edən qüvvələr, beynəlxalq təşkilatlar bu məsələyə yenidən qayıtmalıdırlar.

“Bizim Planet” verilişində Azərbaycan, Türkiyə, İran və Gürcüstan XİN rəhbərlərinin ilk dəfə keçirilən dördtərəfli görüşü və burada bir çox sahələrdə əməkdaşlıq üzrə yol xəritəsi imzalanmasının əhəmiyyətililiyi qeyd olunub. Bildirilib ki, sənəddə nəqliyyat, rabitə, energetika, regional məsələlər, iqtisadiyyat, ticarət və gömrüklə bağlı alt layihələri əhatə edən məsələlərin yer alması Azərbaycanın bu sahələrdə inkişafı, eləcə də bu imkanlarını qonşu dövlətlərlə səmərəli və uzunmüddətli qurması onun regionun lider dövləti olması statusunu bir daha təsdiq edir. Vurğulanıb ki, görüşdə Bakı Bəyannaməsi qəbul edilməsi, eləcə də regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadiyyat, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılan addımlar göstərir ki, Azərbaycan qonşu dövlətlər üçün mühüm siyasi və strateji tərəfdaşdır.

Verilişdə, həmçinin Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyanın Amerika Birləşmiş Ştatlarına səfərindən də söhbət açılıb. Hadisə ilə bağlı bildirilib ki, Amerikanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində məsuliyyət daşımasına baxmayaraq işğalçı rejimin başçısına belə bir şərait yaratması ikili standartların bariz nümunəsidir. Verilişdə iştirak edən siyasətçilər ABŞ-ın ikili standartlardan çıxış etməsinə qəti şəkildə etiraz edərək vurğulayıblar ki, bu biabırçı məsələ özünü haqq-ədalət keçikçisi adlandıran bu nəhəng dövlətin prinsiplərinə, eləcə də beynəlxalq qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilib ki, Amerika Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar mövqeyinə son qoymalı və bəyan etdiyi prinsiplərinə sadiq qalmalıdır. Əks təqdirdə bu Vaşinqton siyasətinin ədalətsizliyi kimi qiymətləndirilir.

       

 

 

 

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda “avtoşluq” edən avtobus sürücüləri - VİDEO
16.07.2018, 00:51

Bakıda “avtoşluq” edən avtobus sürücüləri - VİDEO

Çökən yolun altında tunel tipli boşluq aşkarlandı - FOTOLAR
16.07.2018, 00:21

Çökən yolun altında tunel tipli boşluq aşkarlandı - FOTOLAR

Mingəçevirdə maşın 4 piyadanı vurub
16.07.2018, 00:08

Mingəçevirdə maşın 4 piyadanı vurub

Batmaq təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub   
15.07.2018, 23:50

Batmaq təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub  

Güclü yağış qərb bölgəsində fəsadlar yaradıb
15.07.2018, 23:33

Güclü yağış qərb bölgəsində fəsadlar yaradıb

Ərdoğanda çevrilişə cəhdin 2-ci ildönümündə dünyaya MESAJ verdi
15.07.2018, 23:11

Ərdoğanda çevrilişə cəhdin 2-ci ildönümündə dünyaya MESAJ verdi

Salyanda “Mercedes”lə “Ford” toqquşdu
15.07.2018, 22:51

Salyanda “Mercedes”lə “Ford” toqquşdu

Türkiyədə vatandaşlar
15.07.2018, 22:16

Türkiyədə vatandaşlar "15 iyul Şəhidlər Körpüsü"nə axın etdi

Dünya çempionatının ƏN YAXŞILARI
15.07.2018, 22:03

Dünya çempionatının ƏN YAXŞILARI

DTX xüsusi əməliyat keçirdi: Tanınmış 
15.07.2018, 21:50

DTX xüsusi əməliyat keçirdi: Tanınmış "ilahiyyatçı"nın qohumları SAXLANLDI - YENİLƏNİB

Fransa 38 milyon dollar qazanacaq
15.07.2018, 21:33

Fransa 38 milyon dollar qazanacaq

Dünya Çempionatının finalında insident
15.07.2018, 21:17

Dünya Çempionatının finalında insident

Bakıda çökən yolun bərpasına başlanıldı - VİDEO
15.07.2018, 21:06

Bakıda çökən yolun bərpasına başlanıldı - VİDEO

Fransa tarixində ikinci dəfə DÜNYA ÇEMPİONU oldu: FOTOLAR, VİDEO -YENİLƏNİB
15.07.2018, 20:54

Fransa tarixində ikinci dəfə DÜNYA ÇEMPİONU oldu: FOTOLAR, VİDEO -YENİLƏNİB

Tovuzda ər arvad bıçaqlandı
15.07.2018, 20:43

Tovuzda ər arvad bıçaqlandı

Rəşad Böyükkişiyev qumbardan istifadə edərkən məhv edilib - DİN
15.07.2018, 20:16

Rəşad Böyükkişiyev qumbardan istifadə edərkən məhv edilib - DİN

Sumqayıtda radikal müxalifət və dini qrupların 18 üzvü SAXLANILIB
15.07.2018, 20:00

Sumqayıtda radikal müxalifət və dini qrupların 18 üzvü SAXLANILIB

Tovuzda 30 yaşlı qadın həşəratlara qarşı kimyəvi maddə içib
15.07.2018, 17:38

Tovuzda 30 yaşlı qadın həşəratlara qarşı kimyəvi maddə içib

Nabranda dənizdə batan 18 yaşlı gəncin cəsədi sudan çıxarılıb
15.07.2018, 17:20

Nabranda dənizdə batan 18 yaşlı gəncin cəsədi sudan çıxarılıb

Çimərliklərə yollanan sakinlərə xəbərdarlıq olundu
15.07.2018, 16:59

Çimərliklərə yollanan sakinlərə xəbərdarlıq olundu

Şirvanda avtomobillər toqquşdu - xəsarət alan var - FOTO
15.07.2018, 16:46

Şirvanda avtomobillər toqquşdu - xəsarət alan var - FOTO

“Riyad" Ticarət Mərkəzində YANĞIN: 2 nəfər yanıq xəsarəti alıb
15.07.2018, 16:38

“Riyad" Ticarət Mərkəzində YANĞIN: 2 nəfər yanıq xəsarəti alıb

Elza efirə ağ fata ilə çıxdı - FOTO
15.07.2018, 15:36

Elza efirə ağ fata ilə çıxdı - FOTO

Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
15.07.2018, 15:04

Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi

Riyad Ticarət Mərkəzində YANĞIN
15.07.2018, 14:45

Riyad Ticarət Mərkəzində YANĞIN

Sabah hava necə olacaq? - PROQNOZ
15.07.2018, 14:31

Sabah hava necə olacaq? - PROQNOZ

Gəncə hadisələrinə görə daha 7 nəfər tutuldu
15.07.2018, 14:02

Gəncə hadisələrinə görə daha 7 nəfər tutuldu

ARB 24 yeni ofisdə yayıma başlayır - Real TV-yə rəqib gəlir 
15.07.2018, 13:49

ARB 24 yeni ofisdə yayıma başlayır - Real TV-yə rəqib gəlir 

Azərbaycan banklarında əmanətlərin həcmi artıb
15.07.2018, 13:33

Azərbaycan banklarında əmanətlərin həcmi artıb

Azərbaycanlı siyasətçi Putinin yanında vəzifəyə gətirildi
15.07.2018, 13:19

Azərbaycanlı siyasətçi Putinin yanında vəzifəyə gətirildi

Türkiyədə 15 iyul qiyamının 2-ci ili tamam oldu   
15.07.2018, 13:15

Türkiyədə 15 iyul qiyamının 2-ci ili tamam oldu  

Yük gəmisi batdı: 10 nəfər itkin düşdü
15.07.2018, 12:58

Yük gəmisi batdı: 10 nəfər itkin düşdü

Çökən yol metro tikintisi səbəbindən...- YENİ AÇIQLAMA
15.07.2018, 12:40

Çökən yol metro tikintisi səbəbindən...- YENİ AÇIQLAMA

Tələbə dənizdə batdı
15.07.2018, 12:35

Tələbə dənizdə batdı

Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargahı Müdafiə Nazirliyinin tabeliyinə verilib
15.07.2018, 12:27

Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargahı Müdafiə Nazirliyinin tabeliyinə verilib

ARXİV