Modern.az

Baş məşqçi: “Şəhiriyar bu taktika ilə davam etsə, çempion olacaq”   

Baş məşqçi: “Şəhiriyar bu taktika ilə davam etsə, çempion olacaq”   

Aktual

19 Mart 2018, 12:11

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov şahmat üzrə İddiaçılar Turnirinin yeddinci turunda 4,5 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.  



Birinci yerdə ABŞ təmsilçisi Fabiano Karuana, 3-cü isə rusiyalı qrossmeyster Vladimir Kramnikdir. Şəhriyar Məmməd turnirin qalibi ola bilərmi?

 

Şahmaz üzrə Azərbaycan yığmasının baş məşqçisi Fikrət Sideifzadə Modern.az-a deyib ki, Şəhriyarın bütün şansları var, hamı onu dəstəkləyir.

“Azərbaycan şahmatçısının finala çıxmağı böyük bir uğur olar. Şəhriyarın turnir taktikası çox yaxşıdı, əgər bu taktika ilə davam etsə, çempion olacaq. Çox güman ki, onun əsas rəqibi  ABŞ təmsilçisi Fabiano Karuana olacaq, digər rəqiblər ondan bir qədər geri qalıblar. Bura qədər çox yaxşı gəlib, ümid edirik ki, 3-cü dövrədə də yaxşı oyun nümayiş etdirəcək və birinci yerin qalibi olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı