Modern.az

Şəhriyar üçün çox mühüm qarşılaşma  

Şəhriyar üçün çox mühüm qarşılaşma   

Aktual

21 Mart 2018, 13:23

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə İddiaçılar turniri davam edir

Modern.az xəbər verir ki, bu gün yarışda X turun görüşləri keçirləcək.

X tur Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, şahmatçımız turnir cədvəlinin lideri olan ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq.

Bu görüşdə qələbə çalarsa, Şəhriyar turnir cədvəlində birinci yerə qalxacaq və belədə onun noyabrda Maqnus Karlsonla şahmat tacı uğrunda yarışmaq şansı bir az da artmış olacaq. 

Xatırladaq ki, Şəhriyar Karuanayla bir neçə gün öncəki görüşü heç-heçəylə başa vurmuşdu.

Şəhriyar Məmmədyarov dünən IX turda qara fiqurlarla oynayaraq. ermənistanlı Levon Aronyan heç-heçə etmişdi. Bu gün isə şahmatçımız amerikalıya qarşı ağ fiqurlarla oynayacaq.

Turnir cədvəli: Karuana - 6 xal, Məmmədyarov - 5,5, Qrişuk - 5, Dinq Liren, Karyakin - 4,5, Kramnik, Aronyan, So - 3,5

İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur.

Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır