Modern.az

Valideynləri qətl edilən xocalılılar dünya ictimaiyyətinə müraciət etdilər - EKSKLÜZİV

Valideynləri qətl edilən xocalılılar dünya ictimaiyyətinə müraciət etdilər - EKSKLÜZİV

Qarabağ

1 Aprel 2018, 13:47

Martın 31-də Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilən “25-lər”  Bakıda “Ana harayı” abidəsini ziyarət ediblər.

 

31 Mart Dünya Azərbaycanlıların soyqrımının 100 illiyi ilə əlaqədar toplaşan Xocalı soyqırımının canlı şahidləri dünya ictimaiyyətini Xocalı soyqırımını tanımağa səsləyiblər.

 

Onlar 31 Mart azərbaycanlılarının soyqrımından 100 il ötməsinə baxmayaraq, dünyanın hələ də bu soyqırıma  biganə yanaşdığından təəssüfləndiklərini diqqətə çatdırıblar. 

 

1992-ci ilin Fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi qətliam zamanı hələ uşaq olduqlarını və bu qətliamın canlı şahidləri olduqlarını bildiriblər.  

 

Qeyd ediblər ki, yaşanan bu faciədən illər ötməsinə baxmayaraq, bir an belə o dəhşətli anlar onların yaddaşından silinmir.

 

Dünya ictimaiyyətinə müraciət edən “25-lər” onu da qeyd ediblər ki, əgər beynəlxalq ictimaiyyət insanlığa, humanizmə qarşı yönələn  bu soyqırımıları qəbul etməsə, tanımasa, biganə yanaşsa bu kimi bir çox faciələr törədilməkdə davam edəcək.

 

Soyqırımı zaman hər iki valideynləri qətlə yetirilən şəxslər 1992-ci ildən bu yana Azərbaycan xalqının, Azərbaycan dövlətinin, xüsusilə də Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman qayğısını, diqqətini, bir valideyn kimi himayəsini gördüklərini vurğulayıblar.

 

Buna görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirən “25-lər” bütün Azərbaycan xalqını qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevə səs verməyə çağırıblar.

 

 

Nəzrin RÜSTƏMOVA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır