20 iyun 2018, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Bakıda keçiriləcək “Formula 1”in tribunalarında çox az yer qalıb - MÜSAHİBƏ
Bakıda keçiriləcək “Formula 1”in tribunalarında çox az yer qalıb - MÜSAHİBƏ
04.04.2018, 16:29

Aprelin 27-29 tarixləri arasında Bakı şəhərində 3-cü  «Formula 1» Azərbaycan Qran Prisi keçiriləcək. Hazırda Bakı şəhərində "Formula 1" yarışlarına hazırlıq sürətlə gedir. Modern.az görülən işlərlə bağlı Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə söhbətləşib.

 

- Bakıda 3-cü “Formula 1” yarışlarına hazırlıq gedir. Bu Qran Pridə hansı yeniliklər gözlənilir?

- Bizim ümumilikdə 3-cü Qran Priyə hazırlıqlarımız gedir. Əsas dəyişikliklərimiz sırf əyləncə proqramları ilə bağlıdır. Bizim trasın quruluşu dəyişmir, hər zaman olduğu kimi Bakı Şəhər Halqasıdır (BŞH). Yarışlar 6 km-lik BŞH-da keçiriləcək. Lakin əyləncə proqramı hər il daha maraqlı, daha zəngin olur. Bu il də hər zaman olduğu kimi, əyləncə hissə Bulvarda olacaq – Dəniz limanından Azneft meydanına qədər. Bununla yanaşı, bizim əsas qonaqlarımız Kristina Aqilera, “Jamiroquai” musiqi qrupu  və Dua Lipa olacaq. Lakin onlardan başqa məşhur DJ-lər xüsusi konsert proqramı ilə çıxış edəcəklər.  Çalışırıq ki, əyləncə hissəsini daha zəngin edək. Bu il Bulvar ərazisində çoxsaylı şoular, əyləncə proqramları olacaq. Tək simulyatorlar, oyun zonaları yox, ayaqüstü əyləncələr də olacaq.

 

- 2016-cı ildə ilk dəfə Bakıda “Formula 1” Qran Prisi keçiriləndə yəqin ki, müəyyən çatışmazlıqlar olub. Həmin çatışmazlıqlar aradan qalxıb?

- Biz çalışırıq ki, hər il avtoidman həvəskarlarının, fanatların sayını artıraq. Bunun artdığının şahidi oluruq. Bundan başqa, biz bu il fərqliliyə imza ataraq regionlara çıxdıq. Bir ay ərzində 6 regionda simulyator çempionatı keçirdik, həmçinin Avtomobil Federasiyası ilə birlikdə yol hərəkəti qaydaları üzrə təlimlər də təşkil etdik. Lənkəran, Quba, Qax, Füzili, Şirvan və Mingəçevirdə bizim xüsusi avadanlıqları olan maşınımız vasitəsilə simulyator çempionatı keçirdik. 1200-ə yaxın gənc bu çempionatlarda iştirak etdi, ümumilikdə isə 2000-dən çox adam bizim bu layihənin iştirakçısı oldu. Bu baxımdan çalışırıq ki, yalnız Bakını yox, regionları da əhatə edək. Ona görə deyə bilərik ki, həvəskarların sayı artır.

 

- “Formula 1” pilotları arasında azərbaycanlı yoxdur. Buna marağı artırmaq üçün nələr etmək lazımdır?

- “Formula 1” pilotunu yetişdirmək çox uzun və kompleksli bir prosesdir. Bizim hazırda “Formula 1”də heç bir pilotumuz yoxdur. Tək biz deyil, bütün dünyada istedadlı pilotlar var, amma “Formula 1” mərhələsinə keçmək o qədər də asan şey deyil. Azərbayanlı pilot Gülhüseyn Adullayev “Formula 3” və da digər yarışlarda iştirak edir.  “Formula 1” pilotları bu işə çox erkən yaşlarından başlayırlar, kartinqlərə qatılırlar, yarışlarda iştirak edirlər. Adətən avtodromu olan, kartinqləri olan ölkələrdə daha çox şans var ki, orda gənclər “Formula 1”ə gəlib çıxa bilsinlər. Pilotların xüsusi maliyyələşdirilməsi, sponsorları olmalıdır. Ümid edirik ki, kartinqlər olarsa, bizdə də avtoidmana həvəs artarsa, nə zamansa “Formula 1”də yarışmağa qadir olan bir gəncimiz yetişəcək. İnkidi mərhələdə hələ ki yoxdur.

 

- Əvvəlki illərlə müqayisədə bilet satışlarında artım varmı? Daha çox hansı ölkələrdən maraq göstərirlər?

-  Biletlərlə bağlı hələ məlumat verə bilmirik, çünki bilet satışları hazırda da intensiv davam edir. Onu qeyd edə bilərik ki, tribunalara biletlər artıq satılmaq üzrədir, çox az yer qalıb. Biletlərə ölkə xaricindən də maraq çoxdur. Rusiya, Böyük Britaniya, Almaniya, Gürcüstan, Qazaxıstan və sair ölkələrdən bilet alanların sayı çoxdur. Azərbaycam vətəndaşları da  ilk onluğa daxildir.

 

- “Formula 1” Azərbaycana nə qazandırdı?

- Mənim fikrimcə bunu sübut etməyə heç bir ehtiyac yoxdur, əvvəlki illərdə bunu gözümüzlə görmüşük. Ölkədə tursitlərin sayı günü-gündən artır, burda da “Formula 1”in önəmli rolu var. “Formula 1” dünyanın 200-dən çox ölkəsində izlənilir. Canlı olaraq 500 milyona yaxın insan bu yarışları izləyir. Bu yarış Azərbaycanın adını bir daha dünya ölkələri arasında  ön sıralara çıxardı. “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilən “Formula 1” yarışları ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib. Araşdırmanın nəticələrinə dair hesabatda qeyd olunur ki, indiyədək Bakıda keçirilmiş “Formula 1” yarışları ölkənin iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib. Ümumilikdə isə bu, dünyada tanınmaqdır, prestijdir, turizmin inkişafı və ölkəyə dolayı və birbaşa gəlirdir.


Qafar Ağayev
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyə seçkiləri - Ərdoğan öndə gedir, Akşenersə İncenin kölgəsində qalıb
20.06.2018, 13:13

Türkiyə seçkiləri - Ərdoğan öndə gedir, Akşenersə İncenin kölgəsində qalıb

Kanadada marixuana leqallaşdırıldı
20.06.2018, 13:09

Kanadada marixuana leqallaşdırıldı

Deputat ərazi partiya təşkilatı sədrləri ilə görüşüb
20.06.2018, 13:06

Deputat ərazi partiya təşkilatı sədrləri ilə görüşüb

“Türkiyədə şagirdlərə daha ev tapşırığı verilməyəcək” - Nazir
20.06.2018, 13:01

“Türkiyədə şagirdlərə daha ev tapşırığı verilməyəcək” - Nazir

Sabah havanın temperaturu 36 dərəcəyə YÜKSƏLƏCƏK
20.06.2018, 12:43

Sabah havanın temperaturu 36 dərəcəyə YÜKSƏLƏCƏK

Paşinyan rəqiblərini “siyasi meyit”ə çevirir - Növbəti hədəf kim olacaq?
20.06.2018, 12:39

Paşinyan rəqiblərini siyasi meyit”ə çevirir - Növbəti hədəf kim olacaq?

Ramin Hacılı hələlik 2 ay müddətinə həbs edildi
20.06.2018, 12:30

Ramin Hacılı hələlik 2 ay müddətinə həbs edildi

Pambıqçıların zəhərlənməsinin əsas SƏBƏBLƏRİ açıqlandı   
20.06.2018, 12:25

Pambıqçıların zəhərlənməsinin əsas SƏBƏBLƏRİ açıqlandı  

Müdafiə nazirindən əsgər ölümlərilə bağlı KİV-ə ÇAĞIRIŞ
20.06.2018, 12:09

Müdafiə nazirindən əsgər ölümlərilə bağlı KİV-ə ÇAĞIRIŞ

İcra başçısı Xocasən sakinlərinin şikayətlərini dinlədi - FOTO
20.06.2018, 12:07

İcra başçısı Xocasən sakinlərinin şikayətlərini dinlədi - FOTO

Zakir Həsənov son döyüşlərdən DANIŞDI: “Artıq Laçına gedən yola da ordumuz nəzarət edir”
20.06.2018, 11:55

Zakir Həsənov son döyüşlərdən DANIŞDI: “Artıq Laçına gedən yola da ordumuz nəzarət edir”

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb
20.06.2018, 11:43

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

“Taliban” 30 hərbçini öldürdü
20.06.2018, 11:41

“Taliban” 30 hərbçini öldürdü

Vaqif Əsədovdan jurnalist binalarının sakinlərinə XƏBƏRDARLIQ: “...Əks halda cərimə olunacaqlar”
20.06.2018, 11:39

Vaqif Əsədovdan jurnalist binalarının sakinlərinə XƏBƏRDARLIQ: “...Əks halda cərimə olunacaqlar”

Aprel şəhidi haqqında film çəkilir
20.06.2018, 11:34

Aprel şəhidi haqqında film çəkilir

Deputat Adil Əliyev: “Bununla iki məqsəd güdürəm”
20.06.2018, 11:34

Deputat Adil Əliyev: “Bununla iki məqsəd güdürəm”

Bu ilin büdcə kəsiri ilə bağlı yeni RƏQƏM - Daha 31 milyon manat artacaq  
20.06.2018, 11:30

Bu ilin büdcə kəsiri ilə bağlı yeni RƏQƏM - Daha 31 milyon manat artacaq  

Ombudsman: "Azərbaycanda insan hüquqları tam təmin olunur"
20.06.2018, 11:24

Ombudsman: "Azərbaycanda insan hüquqları tam təmin olunur"

Elçibəylə bağlı TƏKLİF: “Mərkəzi prospektlərindən birinə Əbülfəz bəyin adı verilsin”
20.06.2018, 11:12

Elçibəylə bağlı TƏKLİF: “Mərkəzi prospektlərindən birinə Əbülfəz bəyin adı verilsin”

Günnüt kəndi işğaldan necə azad edildi - Müdafiə Nazirliyi yeni VİDEO yaydı
20.06.2018, 10:53

Günnüt kəndi işğaldan necə azad edildi - Müdafiə Nazirliyi yeni VİDEO yaydı

Nazir bu dəfə şikayətçiləri Qəbələyə toplayacaq
20.06.2018, 10:47

Nazir bu dəfə şikayətçiləri Qəbələyə toplayacaq

Amerikalı naziri restorandan qovdular
20.06.2018, 10:46

Amerikalı naziri restorandan qovdular

 “BANM-ın məzunu olmaq çox qürurverici hissdir” - MÜSAHİBƏ
20.06.2018, 10:39

 “BANM-ın məzunu olmaq çox qürurverici hissdir” - MÜSAHİBƏ

Bərə qəzası: 180 nəfər itkin düşüb
20.06.2018, 10:30

Bərə qəzası: 180 nəfər itkin düşüb

İran OPEK ölkələrinin görüşünə qatılmadı
20.06.2018, 10:26

İran OPEK ölkələrinin görüşünə qatılmadı

Eldar Quliyev QDİƏT PA-nın toplantısına gedib   
20.06.2018, 10:16

Eldar Quliyev QDİƏT PA-nın toplantısına gedib  

Diqqət, imtahan gedir! - Video
20.06.2018, 10:15

Diqqət, imtahan gedir! - Video

Sabah 65 minədək şagird buraxılış imtahanı verəcək   
20.06.2018, 10:10

Sabah 65 minədək şagird buraxılış imtahanı verəcək  

BirKart-dan 30%-dək Cash Back imkanı!
20.06.2018, 09:52

BirKart-dan 30%-dək Cash Back imkanı!

Bakıda 16 mərtəbəli binanı icazəsiz tikirmişlər   
20.06.2018, 09:46

Bakıda 16 mərtəbəli binanı icazəsiz tikirmişlər  

Təbiətə zərər verənlərin işi Baş Prokurorluğa göndərildi
20.06.2018, 09:40

Təbiətə zərər verənlərin işi Baş Prokurorluğa göndərildi

Xanım deputat intihar olayı haqda: “Sözün bitdiyi yerdəyəm...”   
20.06.2018, 09:39

Xanım deputat intihar olayı haqda: “Sözün bitdiyi yerdəyəm...”  

Ermənistan atəşkəsi 87 dəfə pozdu
20.06.2018, 09:33

Ermənistan atəşkəsi 87 dəfə pozdu

Dünya Çempionatı-2018: Bu gün daha 3 görüş keçiriləcək
20.06.2018, 09:27

Dünya Çempionatı-2018: Bu gün daha 3 görüş keçiriləcək

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
20.06.2018, 09:23

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(14.1%)
Braziliya(21.2%)
Almaniya(11.5%)
İngiltərə(4.42%)
Portuqaliya(13.2%)
İspaniya(5.30%)
Fransa(5.30%)
Belçika(1.76%)
Seneqal(3.53%)
Rusiya(19.4%)