Modern.az

Yeni dünya müharibəsi başlasa, dəniz döyüşləri belə OLACAQ

Yeni dünya müharibəsi başlasa, dəniz döyüşləri belə OLACAQ

Dünya

7 Aprel 2018, 11:07

ABŞ-ın hərbi dəniz qüvvələrində döyüş gəmilərinin arsenalını təkmilləşdirmək üçün xüsusi eksperimental komandalar təşkil olunub.

 

Bu komandalar əsasən silah ekspertlərindən ibarətdir. Onlarn əsas fəaliyyət istiqaməti gəmiləri quru qoşunlarının silahları ilə təhciz etməkdir. Bu kimi silahlara artilleriya, radioelektron mübarizə qurğuları, raket yaylım atəşi sistemləri, hədəfə köklənən “ağıllı mərmilər” aiddir.

 

Gəmilərin arsenalının genişləndirilməsi ilə yanaşı, eyni zamanda ABŞ hərbi dəniz qüvvələri quru artilleriyasını da artırmağı planlaşdırır.

 

Planda sahildə yerləşən artilleriyanı gəmidən birbaşa hədəfə tuşlamaq və atəş açmaq nəzərdə tutulub. Bu kombinasiya atəşi sistemi ABŞ dənizçilərinin çoxdankı arzusudur. Bu sahədə işlər soyuq müharibə dövründən aparılır.

 

Bütün bu tədbirlərə xüsusi diqqət yetirilməsinin əsas səbəbi artıq ABŞ hərbi dəniz qüvvələrinin dənizlərdə total hakimiyyətinə rəqiblərinin artması ilə bağlıdır. Sakit okeanındakı ABŞ donanmasının komandanı admiral Harri Harris həyəcan təbili çalaraq Çinin 2020-ci ilədək Rusiyanı geridə qoyacağını və dünyada ikinci ən güclü hərbi donanmaya sahib olacağını bildirib.

 

Burada Çin və Rusiyanın hərbi gəmilərinin ayrı ayrılıqda sayı və durmadan silahlarını təkmilləşdirmələrini nəzərə alsaq o zaman admiralın dediyi kimi ABŞ-ın total üstünlüyü təhlükə altına düşüb.

 

Bunun üçün də təkmilləşdirmə və innovasiyalar ilə yanaşı eyni zamanda bütün qoşunların kombinasiyalı hərəkət etməsi də nəzərdən qaçırılmamalıdır. Bununla ABŞ donanması əsas zərbənin vurulması üçün düşməni tamamilə məşğul etməyi planlaşdırır. Belə ki, düşmənin qurudan aparılan artilleriya atəşi ilə məşğul olması donanmaya dəqiq zərbə endirməyə pəncərə açaçaq və nəticədə donanmanın imkanları artacaq.

 

Keçən ay mətbuata məlum olub ki, ABŞ-ın quru qüvvələri, hərbi dəniz qüvvələri, və hərbi hava qüvvələrinin rəsmiləri müntəzəm olaraq səhər yeməyini birgə yeyir və masa arxasında müzakirələr aparırlar. Bu müzakirələrdə ölkənin müdafiə imkanlarının genişləndirilməsi üçün hansı tədbirlərin görülməsi və hansı proseslərdən imtina kimi məsələlər qoyulur. Burada ən çox müzakirə olunan mövzu yüksək dəqiqliyi ilə seçilən uzaq mənzilli silahlarla bağlıdır. Həmçinin yeni texnologiyalardan yararlanmaq və bunun üçün görülməli tədbirlər müzakirə edilir.

 

Admiral Harrisin qeyd etdiyi silahların inteqrasiyası və innovasiyalardan istifadə artıq ABŞ silahlı qüvvələrinin əsas prioritetinə çevrilib.

 

Bunun üçün gəmilərdə elektromaqnit silahardan tutmuş, lazer,  radioelektron silahları kimi bir çox sistemlər təklif olunur. Bir gəmiyə bir neçə sistemin quraşdırılması hər bir silahın güclü və zəif tərəfinin olması ilə bağlıdır. Bununla ekspertlərAmerika gəmilərini çox istiqamətli yəni, mükəmməl etməyə çalışır.

 

Burada elektromaqnit silahı xüsusi marağa səbə olub. Buna səbəb bu ilin fevral ayında Çin donanmasının “Type 072-III” növündən olan “Xayaynşan” gəmisinin yayılmış şəkilləridir. Şəkildə ekspertlərin marağına səbəb elektromaqnit silahını xatırladan qurğunun olmasıdır. Çin mətbuatının orduya yaxın mənbələrindən verilən məlumata əsasən ordu bu elekromaqnit silahının minə yaxın sınağını keçirib.

 

Bu silahın üstünlüklərindən ən əsası barıt ilə deyil, elektrik gücü ilə fəaliyyət göstərməsidir. Bunun sayəsində mərmi qismində müəyyən formalı bir dəmir, rezin və ya hər hansı bir kiçik cismin istifadə edilə bilinir . Və həmin mərmi heç bir silahın verə bilmədiyi sürətlə (təxminən 5km/saniyə) atəşlənir. Nəticədə hədəfin şansı qalmır. Lakin bu silahın həddən artıq xərc tələb etdiyini də bildirmək lazımdır. Belə ki, ABŞ dəniz qüvvələri 500 milyon dollar dəyərində qiymətləndirdikləri bu layihədən imtina edib. Çin tərəfi isə bu silah üzərində 2005-ci ildən işləyir. Və əgər bu sınaqlar barədə söylənənlər doğrudursa, o zaman Çin bu silahı dənizlərə çıxarmış ilk ölkədir. 

 

Bununla belə sınaqdan çıxmış və təkmilləşdirilmiş silahları təklif edən ekspertlər də az deyil. Dəniz piyadalarının keçmiş zabiti və hazırda tanınmış silah eksperti Karlton Meyer yeni tip silahların realda həmin gücə malik olmadıqlarını və bütün bunların sadəcə büdcəni soymağa gətirib çıxaracağını iddia edir.

 

Onun fikrincə, elektromaqnit silahı dəniz döyüşlərində prioritet olan uzaq məsafəli hədəflər üçün effektiv deyil. Lazer silahı isə hava şəraitindən çox asılıdır. Həmçinin bu tipli silahların mərmilərinə “hədəflənmək” və “hədəfə yönəlmək” , partladıcı başlıqlar kimi innovasiyaları tədbiq etmək mümkün deyil. Ekspert bunun yerinə gəmilərə artilleriya silahları qismində tank artileriyasının quraşdırılmasını təklif edir. Ya da ki, 1970-ci illərdə sınaqdan keçirilmiş 203 mm çaplı “Mark 71” topunu istifadə etməyi təklif edir. Bu topun partladıcı mərmilərini hədəfi özü müəyyən etmək funksiyası ilə təhciz etmək olar ki, bu daha dəqiq və dağıdıcı zərbə deməkdir. Bununla da artilleriyanın əsas fəaliyyətinə ciddi dəyişiklik etmək olardı. Belə ki, artilleriyanın ilkin variantında əsas fəaliyyət düşmənin gəmi əleyhinə raketlərinə hesablanmışdı.

 

Bunlarla birgə gəmilərə radioelektron silahların yerləşdirilməsi də planlaşdırılır. Bu silahlar əsasən müdafiə xarakteri daşıyacaq. ABŞ dəniz qoşunları artıq br neçə şirkətlərlə mikrodalğalı silahların əldə olunması ilə bağlı danışıqlar aparır. Bu mikrodalğalı silahlar əsasən donanmanı PUA-lardan və Dron sürülərindən qorumağa hesablanıb. Bu silahın əsas üstünlüyü hava şəraitindən asılı olmamasıdır. Beləliklə, silahı eyni zamanda düşmənin gəmilərinin də sıradan çıxarılması üçün istifadə etmək olar. Bu növ silahlar qısa dalğalarda radio siqnallar göndərərək düşmənin rabitə, hədəflənmə və uzaqdan idarə sisitemlərinin işini pozur və onu müasir texloji silahlanma baxımından zərərsizləşdirir.

 

ABŞ öz total üstünlüyü qorumaq üçün bu dəyişiklikləri yaxın zamanda sınaqdan çıxarmağı planlaşdırır. Bunun üçün yayda keçiriləcək nəhəng təlimlər hədəf seçilib. Bu həm təlimlərdə silahların gücünü,  həm də real döyüş şəraitində nəyə qadir olduğunu göstərəcək.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır