Modern.az

Suriyadakı kimyəvi hücumda 500 nəfər zərər çəkib - BMT

Suriyadakı kimyəvi hücumda 500 nəfər zərər çəkib - BMT

Dünya

11 Aprel 2018, 14:45

BMT yanında Ümumdünya Səhiyyə Təşkilatı Suriyanın Duma şəhərindəki kimyəvi hücumdan zərərçəkmişlər barədə elan verib.

Modern.az xəbər verir ki, bu barədə ÜST öz rəsmi saytında məlumat yerləşdirib.

 

Təşkilat təcili sürətdə həmin əraziyə yardım və fəsadları araşdırmaq üçün giriş icazəsi istəyir.

Zirzəmilərdə gizlənmiş 70 nəfərin həlak olduğu bildirilir. Onlardan 43-nün ölüm simptomları kimyəvi zəhərlənməyə aiddir. Daha 500 nəfərin bu simptomlarla xəstəxanalara müraciət etdikləri bildirilir.

Təşkilatın məlumatına görə, hadisədə həmçinin iki tibb məntəqəsi də zərər görüb.

 

Qeyd edək ki, ABŞ tərəfi Duma şəhərindəki hücumda kimyəvi silahdan istifadə olunmasından tam əmindir və bu hadisədə rəsmi dəməşqi ittiham edir. ABŞ tezliklə Suriya ərazisində Əsəd mövqelərinə sarsıdıcı zərbələr endirməyi planlaşdırır. Rusiya tərəfi isə hadisədə kimyəvi silahın tədbiqini rədd edir və ABŞ-ın bu addımı atacağı təqdirdə cavab veriləcəyi ilə təhdid edir.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır