Modern.az

Serj Sarkisyan yeni hökuməti formalaşdırır

Serj Sarkisyan yeni hökuməti formalaşdırır

Aktual

18 Aprel 2018, 18:48

Ermənistanda davam edən etirazlar fonunda yeni təyin olunmuş baş nazir, sabiq prezident Serj Sarkisyan hökuməti formalaşdırır.

 

Modern.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, keçmiş baş nazir Karen Karapetyan baş nazirin birinci müavini təyin olunub.

Bundan başqa, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri Vaçe Qabrielyan və Prezident Administrasiyasının keçmiş rəhbəri Armen Gevorkyan baş nazirin müavinləri təyin olunub.

 

Müdafiə naziri Vigen Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan öz vəzifələrində qalıblar.

Qeyd edək ki, ötən gün Ermənistan parlamentində keçirilən səsvermə nəticəsində Serj Sarkisyan baş nazir təyin olunub.

Yerevanda və digər şəhərlərdə ona qarşı aksiyalar davam edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır