Modern.az

Zahid Oruc: “Dövlətimizin xalqa borcu qalmışdı...”  

Zahid Oruc: “Dövlətimizin xalqa borcu qalmışdı...”   

Aktual

19 Aprel 2018, 12:27

Prezident İlham Əliyev ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman verib.

1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə veriləcək.

 

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Zahid Oruc fərmanı misilsiz adlandırıb:

“Ölkə rəhbərinin andiçmə mərasimindən dərhal sonra Qarabağ savaşına, xalqın apardığı mili mübarizəyə verdiyi ən böyük töhfə bundan ibarətdir. 1990-cı illərdəki müharibədə torpaqlarımız uğrunda gedən savaşda dövlətimizin xalqa borcu qalmışdı, bunu yerinə yetirmək mümkün olmamışdı. O ailələrin də əksər nümayəndələri müxtəlif hökumət orqanlarına, parlamentə gəlirdilər və çox haqlı olaraq qeyd edirdilər ki, yaşlarının ahıl çağlarında itirdikləri övladları üçün veriləcək vəsait hesabına müəyyən sosial problemlərini həll etmək istəyirlər.


Təsəvvür edin özünə kəfənpulu axtaran anaya deyirsən ki, “pul yoxdur, verə bilmirik”.


Axı onlara veriləcək vəsait üç körpünün, Cahangir Hacıyevin xalqdan oğurladığının yüzdən biri deyil. Parlamantə o qədər müraciətlər daxil olurdu ki... İnanın həmin insanlara, analara, bacılara cavab vermək olmurdu, onların qarşısında dözmək mümkünsüz idi. Ona görə də cənab prezidentin inaqurasiyadan dərhal sonra belə bir addım atması tarixi, misilsiz addımdır”.

 

Z.Orucun sözlərinə görə, bu, torpaqlarımızın işğaldan azad olunması lazımdır, dövlətin onun uğrunda canını fəda etmiş insanlara dəyər verdiyi fikirini möhkəmləndirmək üçün lazımdır:

“Ona görə də xalq quruculuğu bundan başlayır.  Prezident bir daha sübut etdi ki, Şəhidə ən yüksək dəyəri verir. Ona görə də sadə xalq arasında qan pulu kimi xarakterizə olunan, hərçənd onların haqqını heç bir rəqəm, şkala ilə ölçmək mümkün deyil, heç bir vəsait övladının itkisi üçün anaya təsəlli ola bilməz, amma dövlət üzərinə düşəni etməyə borclu idi. Prezidentin bu addımı xalqın ondan gözləntilərinin, etimadının doğrultuğunun sübutudur. Bu qərarın cəmiyyətdə doğurduğu reaksiyalar mislisizdir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır