Modern.az

Ermənistanda toqquşmalar davam edir – 26 nəfər saxlanıldı

Ermənistanda toqquşmalar davam edir – 26 nəfər saxlanıldı

Dünya

20 Aprel 2018, 11:32

Ermənistanda etiraz aksiyaları davam edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nikol Paşinyanın çağırışı ilə kütlə Yerevan-Abovyan yolunu bağlamağa cəhd göstərib. Onlar özləri və övladları ilə yolda oturaraq etiraz ediblər. Əraziyə gələn polis qüvvələri onlara müdaxilə edib.

 

Paşinyanın isə Yerevanın Komitas küçəsini bağlamağa cəhd göstərdiyi bildirilir. Şəhər polisindən verilən məlumata görə, aksiyalarda iştirak etdiyinə görə, 26 nəfəri saxladığını bildirib.

 

Serj Sarkisyan isə ötən gün “Şant” telekanalına verdiyi müsahibəsində etiraz aksiyalarının perspektivsiz olduğunu bildirib.

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır