Modern.az

Bakıda xəstəxananın zirzəmisi yandı

Bakıda xəstəxananın zirzəmisi yandı

Aktual

21 Aprel 2018, 10:38

Bakıda xəstəxanalardan birində yanğın baş verib. Bu barədə Modern.az-a FHN-dən verilən məlumatda bildirilib.

Məlumata görə, paytaxtın Nərimanov rayonunda yerləşən xəstəxananın zirzəmisində (anbar kimi istifadə olunur) 300 m² sahədə tibbi ləvazimatlar yanıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən xəstəxanada olan xəstələrin təhlükəsizliyi təmin olunmuş və digər təhlükəsizlik tədbirləri görülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır