Modern.az

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB

Dünya

23 Aprel 2018, 16:21

Ermənistan baş naziri Serj Sarkisyanın vəzifəsindən istefa verib. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama az öncə verilib. 

 

Açıqlamada deyilir:

 

“Əziz soydaşlar, bütün Ermənistan vətəndaşlarına müraciət edirəm. Yaşlı nəsilə, qadınlara və kişilərə. Bütün günü və gecəni küçələrdə “Serj, get!” deyə çağırış edənlərə də, öz vəzifə borcunu yerinə yetirmək üçün çətinliklə iş yerinə çatanlara da. Gün ərzində canlı yayımda prosesləri izləyənlərdən tutmuş ictimai asayişi bərpa edənlərə də.


Cəbhədəki cəsur əsgər və zabitlərədən tutmuş, öz silah yoldaşlarıma qədər hər kəsə. Öz partiyadaşlarıma, bütün siyasi qüvvələrə və siyasi xadimlərə...

 

Dövlət başçısı kimi sonuncu dəfə müraciət edirəm.

Nikol Paşinyan haqlı idi. Mən yanılırdım. Yaranmış situasiyada bir neçə yol var, amma heç birinə əl atmayacam. Buna gedən deyiləm. Mən Ermənistanın rəhbəri, baş nazir postunu tərk edirəm. Küçədəki insanlar mənə qarşıdır. Mən sizin tələbinizi yerinə yetirirəm.

Bizim ölkəmizə sülh, harmoniya və sağlam məntiq arzulayıram. Təşəkkürlər”.     

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı