22 avqust 2018, Çərşənbə axşamı
Ana Səhifə - QARABAĞ - “Bişkek protokolu”, yoxsa “Moskva sazişi” - Hansı silahları SUSDURACAQ?
“Bişkek protokolu”, yoxsa “Moskva sazişi” - Hansı silahları SUSDURACAQ?
11.05.2018, 08:30

Dünyanın super gücləri və onların maraqlarına xidmət edən beynəlxalq qurumlar Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətindəki “səylərini” monoton bəyanatlar üzərində kökləməklə əsas hədəflərini diqqətdən yayındırırlar. 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun vasitəçilik missiyası isə daşlaşmış açıqlamalar verməkdən o yana getmir və bu da indiki məqamda Ermənistanın işğalçılıq niyyətlərini bir az da pərdələyir. 

Azərbaycanla Ermənistan arasında atəşkəsin elan olunmasını özündə ehtiva edən “Bişkek protokolu” nun müddəalarının tətbiq mexanizmləri də özünü doğrulda bilmir. Atəşkəs müqaviləsinin imzalanmasından (1994-cü il 12 may) sonra Azərbaycan-Ermənistan cəbhə xəttində mütəmadi olaraq atəşkəsin pozulması hallarına rast gəlinir. Əslində “Bişkek Protokolu” sadəcə olaraq formal hesab oluna bilər.

 

Keçmiş diplomatdan etiraf 

 

Atəşkəsin əldə olunması istiqamətində danışıqlarda iştirak etmiş ATƏT-in Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovun öz dilinin altından çıxanlar da protokolun qeyri-obyektivliyi və ciddi hüquqi qüvvəyə malik olmadığına işarədir. 

 

“Bu sənəd hüquqi xarakter daşımadığına və üstəlik hüquqi öhdəliklər qoymadığına görə bir növ siyasi müraciət və ya sülhə çağırış idi.

Buna görə də Azərbaycan tərəfinin təkid etdiyi düzəlişlərin o qədər də böyük əhəmiyyəti yox idi. Bununla belə, Bakı yalnız onun istəklərinin təsbit olunduğu kağızı imzalamağa razılaşırdı”-deyə V. Kazimirov xatirələrində yazır.

 

Hər il atəşkəsin pozulması halları isə danışıqlar fonuna qara rəng qatmaqla həll prosesini bir az da ləngidir. Belə bir situasiyada “Bişkek protokolu” yalnız simvolik xarakterə malik sənəd qismində “təsəlli” rolunu oynayır. 

 

Atəşkəsin pozulması isə 2016-cı ilin aprel ayının əvvəllərində daha da intensivləşməklə vəziyyəti dramatik məcraya yönəltdi. 

Çox uzağa getmədən, aprel döyüşlərindən sonrakı itkilərin statistikasına nəzər salsaq, belə qənaətə gəlmək olar ki, “Bişkek protokolu” qüvvədən düşüb.  

Məsələ orasındadır ki, nə Azərbaycan, nə də Ermənistan rəsmi şəkildə atəşkəsi pozduğunu bildirir. Ümumiyyətlə, aprel döyüşlərindən bir neçə il öncəyə qədər də “Bişkek protokolu”na istinad edilmirdi.

“Bişkek protokolu”na görə, tərəflərdən yalnız biri atəşkəsə əməl etməyəcəyini bildirərsə, sənəddəki müddəalar qüvvədən düşmüş sayılır. Ancaq atəşkəsin tənzimlənməsinə dair sənədin mövcudluğu indiki şəraitdə faktiki olaraq yalnız nəzəri mülahizələri özündə birləşdirir. 


Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan ordusunun atəşkəsi pozduğuna dair statistikalarında da dəhşətli rəqəmləri görmək olar.

 

Müşahidəçilər Azərbaycanla Ermənistan arasındakı atəşkəs məsələsinə Rusiyanın nəzarət etdiyi fikrindədirlər. Əksər vaxtlar atəşkəsin məhz Rusiya tərəfinin diktəsi ilə Ermənistan tərəfindən pozulduğu barədə də rəylər var. 

 

Azərbaycanın müstəqil dövlət olaraq yürütdüyü xarici siyasət kursu birinci növbədə Cənubi Qafqazda və ümumiyyətlə, MDB məkanında əsas söz sahibinə çevrilmək istəyən Rusiyanı narahat edir. 

Kreml cəhd edir ki, Azərbaycanın xarici siyasi koordinatlarının tərəzisinin gözü rəsmi Moskvanın xeyrinə əyilsin. 

Bakının Avrasiya İttifaqına qoşulmaqdan imtina etməsi, müstəqil siyasət yürütməsi Moskva siyasi dairələrini Azərbaycana qarşı hərəkətə gətirib desək, yanılmarıq. Buna görə də müxtəlif təzyiq metodları işə salınır. 

Sözsüz ki, rəsmi Moskvanın öz çeşidli təxribat xarakterli siyasi texnologiyaları siyahısında Ermənistan ordusuna açıq dəstək vermək tendensiyası da var. Rusiyanın əlaltısı olan Ermənistanın düyməsinin Kremldə olduğu da dəqiqdir və Yerevan heç zaman Moskvanın maraqlarından kənar addım atmaz. 

 

Fikir verək, Qərbpərəst mövqeyi ilə seçilən Ermənistanın yeni baş naziri Nikol Paşinyan da Rusiya ilə münasibətləri isti saxlayacağını bəyan edib.

 

O, hələ baş nazir olmazdan öncə Rusiya Dövlət Dumasının deputatları ilə görüşün nəticələrindən danışarkən bildirmişdi:

 

“Mən düşünürəm ki, Dövlət Dumasından olan həmkarlarımız Ermənistandakı daxili siyasi proseslərdə Rusiyaya qarşı hər hansı bir planın olmadığına əmindirlər. Görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi haqqında danışıldı. Və görüş konstruktiv keçdi.

 

Mən Rusiyadan olan kolleqalarımı inandırdım ki, hakimiyyətə gəlsək, Avrasiya İqtisadi Birliyindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq məsələsini qaldırmayacağıq”. 


Yəni düşünmək olar ki, bundan sonra da Ermənistanın rıçaqları Rusiyanın əlində olacaq və Moskva hər an cəbhədə hansısa təxribatın törədilməsində Yerevana dəstək verəcək.

 

Deməli, atəşkəs rejimin pozulmasında “Şimaldan əsən küləklər” çox böyük rola malikdir. 


Atəşkəsin indiki zamanda pozulması isə Rusiyanın xeyrinə işləyir. Əks təqdirdə, Putin administrasiyasının buyruqçusu olan işğalçı dövlət atəşkəsin pozulmasına görə məsuliyyət daşıdığını dərk edib, əməllərindən əl çəkərdi. 

 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də Modern.az saytına prosesləri şərh edərkən Rusiya faktorunun üzərində dayanıb.

 

“Ermənistan atəşkəsi pozan tərəfdir. Atəşkəsin intensiv pozulması adətən sülh danışıqları prosesində pozitiv irəliləyişlər müşahidə olunduğu dövrlərdə baş verir.

Ermənilər öz “üstünlüklərini” nümayiş etdirmək, atəşkəsin pozulmasından istifadə edərək bunu, Azərbaycanın üzərinə yıxmaq niyyətindədirlər. Burada Rusiyanın əlinin olması da istisna edilmir.

Ermənistan diversiya qruplarına komandanın rus dilində verildiyi də bəllidir. 

 

Avropa Birliyi və ABŞ-ın səyi ilə status-kvonun dəyişdirilməsi istiqamətində müəyyən addımlar atılır. Bu isə hansısa dairələri narahat edir”-deyə ekspert qeyd edib.

 

"Moskva razılaşması" "Bişkek protokolu"nu qüvvədən salır? 

 

2016-cı ilin aprelin 5-də Moskvada Rusiya tərəfinin vasitəçliyi ilə Azərbaycan və Ermənistan cəbhə xəttində hərbi əməliyyatların dayandrılmasına dair razılıq əldə ediblər.    

Bəs "Moskva sazişi" 1994-cü ilin may ayının 12-də qüvvəyə minən və atəşkəsin bərpa olunmasına dair “Bişkek protokolu”nu qüvvədən salırmı?

 

Qabil Hüseynli  hesab edir  ki, “Bişkek protokolu” hələ də gündəmdədir. Ekspert fikrini belə əsaslandırıb ki, adıçəkilən sazişin qüvvədən düşməsi üçün hər iki tərəf bu haqda məlumat verməlidir.


““Bişkek protokolu” hələ də aktualdır. O zaman qüvvədən düşmüş hesab olunardı ki, hər iki tərəf “Bişkek protokolu”nun işləmədiyi haqqında məlumat verib sazişdən imtina etsinlər. Belə bir şey isə baş vermədi. Ona görə də “Bişkek protokolu” qüvvədən düşməyib”.


Politoloqun fikrincə, “Bişkek protokolu”nda müddət nəzərdə tutulmayıb. Politoloq xatırladıb ki, hərbçilər səviyyəsində imzalanan Moskva sazişi atəşin dayandırılması haqqındadır. Onun sözlərinə görə, bu sənəd yalnız mövcud situasiyanın həllinə yönəlib.


“Son nəticədə isə “Bişkek protokolu”nun işləməsinə şərait yaratmaq məqsədi güdür”,-deyə o bildirib.

 

2016-ci ilin aprelinin ilk günlərində cəbhə bölgəsində yaşananlar bir daha sübut etdi ki, bu “Atəşkəs müqaviləsi” əslində atəşkəsin dayandırılmasına xidmət göstərmir. Ermənistan istədiyi an atəşkəsi pozur .

Müqavilədə isə işğalçı tərəfə, atəşkəsi pozan tərəfə hər hansısa icbari öhdəlik qoyulmur.

Demək ki, bu “müqavilə” ilə Ermənistan hər an işğalçılıq siyasətini davam etdirə bilər.  

 

Mərhum prezident Heydər Əliyevin köməkçisi işləmiş, politoloq Eldar Namazov “Bişkek protoklu”nun işləmə mexanizminə dair tamamilə fərqli fikirdədir.

 

Eldar Namazov  deyir ki, “Bişkek protokolu”nun 1994-cü il may ayının 12-də qüvvəyə minməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. 


““Bişke protokolu” adı ilə tanınan bu sənəd heç zaman qüvvəyə minməyib. Bu sənədin qüvvəyə minməsi ilə bağlı deyilənlər yalnız erməni və onlara dəstək verən rus təbliğatıdır. Onlar Bişkekdə imzalanan sənədin guya, qüvvəyə minməsi kimi fikirlər dövriyyəyə buraxırlar. Bu sənədi təsdiqlənmiş bir müqavilə kimi təqdim edirlər”. 

 

Ekspert bildirib ki, Ermənistan Dağlıq Qarabağın erməni icmasının o sənədə imza atmasını bəhanə edir. 

 

“Ermənilər deyir ki, sənəddə Dağlıq Qarabağın erməni icmasının imzası var, lakin Azərbaycan icmasının yox. Ona görə də bütün erməni təbliğatı və onlara dəstək verən rus saytları bunu qüvvəyə minmiş sənəd kimi təqdim edirlər. O cümlədən guya ki, 1994-cü ildə imzalanan atəşkəs yalnız “Bişkek protokolu” ilə bağlıdır. Ancaq bunlar hamısı cəfəngiyatdır”.

 

 

Eldar Namazov sözügedən atəşkəs razılaşmasına Milli Məclis sədrinin keçmiş müavini Afiyəddin Cəlilovun imza atmamasından da söz açıb.

 

“Azəbaycan tərəfindən bu sənədə Afiyəddin Cəlilov imza atmalı idi. Amma o, bu sənədi imzalamadı. Bundan sonra parlamentin o vaxtkı sədri Rəsul Quliyev bu müqaviləyə imza atanda bir neçə şərt irəli sürdü. Rəsul Quliyev o şərtləri ora yazdı. Şərtlərdən biri bu idi ki, mətndə müəyyən düzəlişlər edilməlidir. O, həmçinin tələb edirdi ki, bu sənədə Dağlıq Qarabağın Azərbaycan icması da imza atmalıdır.

Rəsul Quliyevin bu şərtlərini isə nə ermənilər, nə də ruslar qəbul etdi. Deməli, Rəsul Quliyevin də imzası artıq avtomatik olaraq qüvvədən düşdü. Əgər Rəsul Quliyevin şərtləri qəbul olunubsa, deməli o sənəddə Azərbaycan icmasının da imzası var. Bu zaman isə müqavilə dördtərəfli sənəddir. Yox, qəbul olunmayıbsa, deməli, onun imzası da öz qüvvəsini itirir. Əslinə qalsa, atəşkəs sazişi “Bişkek protokolu” adlanan qondarma sənəddən bir neçə gün sonra ayrıca bəndlərlə tənzimləndi”.

Eldar Namazov “bəs atəşkəsə hansı sənədlə riayət olunur” sualına belə cavab verib:


“Hər tərəf vasitəçilərə teleqram vurub bildirdi ki, atəşkəsə riayət olunacaq. Bu müraciətlərlə atəşkəsə nail olunub. Onlar qısa teleqramlar idi. Bildirilirdi ki, məsələn, Azərbaycan tərəfi filan vaxtdan atəşkəsə riayət etməyə hazırdır. Eyni məzmunlu məktubu Ermənistan tərəfi də göndərirdi”.

Politoloq bildirib ki, Azərbaycanda kim o sənədə - “Bişkek protokolu”na istinad edirsə, bu, yanlışdır. E.Namazov 1994-cü ildə hərbi əməliyyatların niyə dayandırılmasını isə belə əsaslandırıb: 


“O vaxt ermənilər çalışırdılar ki, Tərtər və Bərdə istiqamətində güclü hücumlar təşkil etsinlər. Amma Azərbaycan ordusu bu hücumları dəf edirdi. Ermənilərin arasında çox böyük itkilər var idi. Mən xatırlayıram ki, o dövrdə mərhum eks-prezident Heydər Əliyev bir neçə dəfə hərbçilərlə iclas keçirdi. O, atəşkəsə münasibətlə bağlı mövqeləri öyrənirdi. Həmin iclaslarda mən də iştirak edirdim.

 

Atəşkəsə imza atmağın yeganə səbəbi o idi ki, Rusiya Gürcüstan ərazisində yerləşən hərbi hissələrdən Dağlıq Qarabağdakı separatçılara daim yeni silahlar göndərirdi. Azərbaycan ordusu hər cür hücumu dəf edirdi, amma o hücumların arxasında yeni silahlar, tanklar gəlirdi. 

 

Elə oldu ki, bu hücumların arxasında təkcə Ermənistanın dayanmadığı bilindi. Məlum oldu ki, onlara himayədarlıq edən ölkə Rusiyadır. Ona görə də, atəşkəsə imza atmaq artıq qaçılmaz idi”.

 

Bu vaxta qədər Ermənistan onsuz da bu sazişin bəndlərinə məhəl qoymayıb. Ermənistanın yeni baş naziri Nikol Paşinyan da Yerevanın ənənəvi ritorikasını nümayiş etdirdi.

 

O, baş nazir kimi Azərbaycanın işğal altındakı torpaqlarına səfər edərək, orada mətbuat konfransı keçirdi və Ermənistanın Qarabağ münaqişəsinin həlli ilə bağlı bir daha qeyri-konstruktiv mövqeyini ortaya qoydu.

 

Paşinyan Dağlıq Qarabağdakı separatçı rejimin də danışıqlarda iştirakının vacibliyini vurğulamaqla Ermənistanın Qarabağ probleminin həllində maraqlı olmadığını nümayiş etdirdi.

Azərbaycan isə bütün riskləri nəzərə alaraq, özünün hərbi gücünü artırır və istənilən an Ermənistanın təxribatlarına cavab verməyə hazırdır...


Aqşin KƏRİMOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Beyləqanda 5 otaqlı evdə yanğın
22.08.2018, 11:51

Beyləqanda 5 otaqlı evdə yanğın

Əbülfəz Elçibəyin oğlu: “Həmişə xalqın gələcəyi barədə düşünürdü”
22.08.2018, 11:42

Əbülfəz Elçibəyin oğlu: “Həmişə xalqın gələcəyi barədə düşünürdü”

Evin zirzəmisindən 5 kiloqram narkotik aşkarlandı - ASTARADA
22.08.2018, 11:22

Evin zirzəmisindən 5 kiloqram narkotik aşkarlandı - ASTARADA

Təqaüdçüləri aldadıb pullarını oğurlayan şəxs TUTULDU
22.08.2018, 11:11

Təqaüdçüləri aldadıb pullarını oğurlayan şəxs TUTULDU

Hər yerdə, hər zaman parlayan imza – Flora Xəlilzadə
22.08.2018, 11:08

Hər yerdə, hər zaman parlayan imza – Flora Xəlilzadə

ABŞ rəsmisi: Qətərdən gələn pul Türkiyə iqtisadiyyatını xilas edə bilməz
22.08.2018, 11:05

ABŞ rəsmisi: Qətərdən gələn pul Türkiyə iqtisadiyyatını xilas edə bilməz

Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları verib - FOTOLAR
22.08.2018, 10:37

Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları verib - FOTOLAR

“Bayram gəldi, heç...”
22.08.2018, 10:04

“Bayram gəldi, heç...”

Şeyx: “Bu il Həcc ziyarətinə gedən zəvvarların heç bir çətinlikləri yoxdur”
22.08.2018, 09:52

Şeyx: “Bu il Həcc ziyarətinə gedən zəvvarların heç bir çətinlikləri yoxdur”

Ermənilər atəşkəsi 83 dəfə pozdu
22.08.2018, 09:46

Ermənilər atəşkəsi 83 dəfə pozdu

Füzulidə evdə yanğın
22.08.2018, 09:42

Füzulidə evdə yanğın

Azərbaycan məscidlərində bayram namazı qılınıb
22.08.2018, 09:15

Azərbaycan məscidlərində bayram namazı qılınıb

Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi
22.08.2018, 00:58

Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi

Yol qəzası 6 nəfərin həyatına son qoyub
22.08.2018, 00:43

Yol qəzası 6 nəfərin həyatına son qoyub

“Skype”  yeni şifrələmə sistemi tətbiq edib
22.08.2018, 00:30

“Skype”  yeni şifrələmə sistemi tətbiq edib

Bayram günü 7088 qəssab xəstəxanalıq oldu
22.08.2018, 00:16

Bayram günü 7088 qəssab xəstəxanalıq oldu

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur
22.08.2018, 00:03

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur

Almaniya “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında maraqlıdır   
21.08.2018, 23:55

Almaniya “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında maraqlıdır  

Azərbaycan filmi xaricdə növbəti kuboku qazandı
21.08.2018, 23:46

Azərbaycan filmi xaricdə növbəti kuboku qazandı

İki PKK terrorçusu zərərsizləşdirilib
21.08.2018, 23:41

İki PKK terrorçusu zərərsizləşdirilib

Azərbaycan nefti bahalaşıb
21.08.2018, 23:19

Azərbaycan nefti bahalaşıb

Metronun “Xətai” stansiyası bağlanır - SƏBƏB
21.08.2018, 23:06

Metronun “Xətai” stansiyası bağlanır - SƏBƏB

Mingəçevirdə yaşayış binası yandı
21.08.2018, 22:50

Mingəçevirdə yaşayış binası yandı

Zəlzələ İranı silkələdi
21.08.2018, 22:34

Zəlzələ İranı silkələdi

AFFA-dan Qarabağda Avropa çempionatının keçirilməsinə etiraz   
21.08.2018, 22:17

AFFA-dan Qarabağda Avropa çempionatının keçirilməsinə etiraz  

Dünyada ən ucuz mobil rabitə
21.08.2018, 22:06

Dünyada ən ucuz mobil rabitə

Azərbaycanlı nazirin pulları həbsdə qaldı
21.08.2018, 21:48

Azərbaycanlı nazirin pulları həbsdə qaldı

Hüquq müdafiəçisi olan qadının başını kəsdilər
21.08.2018, 21:36

Hüquq müdafiəçisi olan qadının başını kəsdilər

Bu müəllimlər işə qəbil edildi - RƏSMİ
21.08.2018, 21:22

Bu müəllimlər işə qəbil edildi - RƏSMİ

Ölkədəki qoyunların sayı açıqlandı
21.08.2018, 21:13

Ölkədəki qoyunların sayı açıqlandı

Qurban bayramında aztəminatlı ailələri sevindirin - Gənc müəllimdən xeyirxah addım
21.08.2018, 21:00

Qurban bayramında aztəminatlı ailələri sevindirin - Gənc müəllimdən xeyirxah addım

Azərbaycanla Belarus hərbi əməkdaşlığı müzakirə edilib
21.08.2018, 20:57

Azərbaycanla Belarus hərbi əməkdaşlığı müzakirə edilib

Azərbaycana 191 ölkədən gələnlər var
21.08.2018, 20:43

Azərbaycana 191 ölkədən gələnlər var

Sumqayıtda oğul 82 yaşlı atasını döydü
21.08.2018, 20:28

Sumqayıtda oğul 82 yaşlı atasını döydü

Dövlət Yol Polisindən XƏBƏRDARLIQ
21.08.2018, 20:14

Dövlət Yol Polisindən XƏBƏRDARLIQ

ARXİV