Modern.az

Dövlət Komitəsinin sədri  Türkiyə parlamentinin spikeri  ilə  görüşdü 

Dövlət Komitəsinin sədri  Türkiyə parlamentinin spikeri  ilə  görüşdü 

Aktual

23 May 2018, 20:37

 Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri  Fuad Muradov ilk dəfə xarici səfərini Türkiyəyə edib. Türkiyə mediası dövlət komitəsinin səfərinə xüsusi yer ayırıb. 

Türkiyənin nüfuzlu Anadolu Agentliyi məlumat yayıb ki, bu gün Ankarada Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri  Fuad Muradov Türkiyə Böyük Millət Məclisnini sədri İsmayıl Qəhrəmanla görüşüb.  

 

Modern.az  xəbər verir ki, İsmayıl Qəhrəmanla Fuad Muradov bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

İsmayıl Qəhrəman çıxışında "Qarabağ məsələsi bizim də məsələmizdir” deməklə,  bunu ortaq türk problemi olduğunu vurğlayıb. Spiker deyib ki, Qarabağ onların da milli məsələsidir. Təəssüflə bildirib ki, dünyanın gözü qarşısında böyük haqsızlıqlara yol verilir və dünya bu ədalətsizliyə qarşı seyirçi mövqedədir:

“Qarabağ məsələsi bizim milli məsələmizdir. Necə ki, Kipr həm də Azərbaycanın ortaq problemidirsə,  necə ki, Kəşmir bütün İslam dünyasının ortaq problemidirsə,  Qarabağ da bizim müştərək dərdimizdir. İslam dünyasının buna bənzər məsələlərdə lazımı addımlar atacağına inanırıq”.

 

 

 

Komitə sədri Fuad Muradov isə hər bir azərbaycanlının qəlbinin Türkiyə ilə döyündüyünü bildirib. O, “inanıram ki, bu ürəklər  birləşib böyük işlər görəcək” deyərək, qardaşlıq səmimiyyətini ifadə edib.

F. Muradov Türjiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən işlərin iki ölkənin gələcəyi üçün çox mühüm əhəmiyyətli olduğunu qeyd edib.

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır