Modern.az

Skripal ilk müsahibəsini verdi

Skripal ilk müsahibəsini verdi

Aktual

23 May 2018, 22:20

Britaniyanın Solsberi şəhərində atası keçmiş rusiyalı kəşfiyyat polkovniki Serqey Skripalla birgə zəhərlənmiş Yuliya Skripal yerli mətbuata ilk müsahibəsini verib.

 

Modern.az  xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

 

33 yaşlı Yuliya Skripal  gizli ərazidə Britaniya polisinin nəzarətində saxlanılır.

 

“Bizim bəxtimiz gətirib ki, hər ikimiz bu sui-qəsddən sağ çıxmışıq. Bizim sağalma prosesi çox ləng və ağrılı olub.”, - deyə Yuliya Skripal bildirib.

 

Bundan əvvəl Rusiyanın XİN-nin rəsmisi Mariya Zaxarova  Skripalların məcburi şəkildə gizli əraziyə aparıldığı və onların insanlarla təmas qurmasına icazə verilmədiyi iddiasını irəli sürmüşdü.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır