Modern.az

Tramp onun seçkiqabağı kompaniyasında casusun olması barədə təsdiqləyici məlumat əldə edib

Tramp onun seçkiqabağı kompaniyasında casusun olması barədə təsdiqləyici məlumat əldə edib

24 May 2018, 18:25

ABŞ prezidenti Donald Tramp onun seçkiqabağı kompaniyasında casusun olması barədə təsdiqləyici məlumatlar əldə etdiyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə Tramp öz “Twitter” hesabında bildirib. Onun sözlərinə görə Milli Kəşfiyyatın keçmiş rəhbəri Ceyms Klepper bunu təsdiq edib.

“Klepper mənim kompaniyama qarşı casusluq edildiyini təsdiq edib. Casusa həmişəkindən dəfələrlə çox məbləğdə pul verilib” – Tramp yazıb.

Onun sözlərinə görə hər şey ABŞ tarixində ən böyük siyasi qalmaqal kimi görünməyə başlayır. ABŞ prezidenti onun seçkiqabağı kompaniyasının izləndiyi məsələsinin təsdiq olunacağı surətdə bunun bütün ölkə üçün rüsvayçılıq olacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl Federal təhqiqatlar bürosunun informatorunun onun 2016-cı il kompaniyasının Rusiya ilə heç bir əlaqəsinin olmadığını təsdiq etdiyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi