Modern.az

Dünyada ilk: 17 nazirdən 11-i qadındır

Dünyada ilk: 17 nazirdən 11-i qadındır

Dünya

7 İyun 2018, 00:31

İspaniyada yeni hökumət üzvlərinin əksəriyyəti qadınlardır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İspaniya Sosialist Fəhlə Partiyası tərəfindən yaradılan yeni hökumətin üzvlərinin əksəriyyəti qadınlardır.

Ölkənin baş naziri Pedro Sançes keçirilən mətbuat konfransında bildirib ki, hökumətdəki 17 nazirdən 11-i qadındır.

Baş nazirin sözlərinə görə, bu fakt hökumətin prioritetinin kişilərlə qadınlar arasında hüquq bərabərliyinin təmin edilməsindən ibarət olacağını əks etdirir.

 

İspaniyada hökumət rəhbərinin müavini Karmen Kalvo olub. O, həmçinin, Hüquq Bərabərliyi üzrə Nazirliyə rəhbərlik edib.

 

Ölkənin Xarici İşlər Nazirliyinə Avropa Parlamentinin keçmiş rəhbəri Jozep Borrel rəhbərlik edəcək. Yeni iqtisadiyyat naziri isə Nadiya Kalvinyodur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır