Modern.az

Debatdan çıxan namizəd güllələndi

Debatdan çıxan namizəd güllələndi

Dünya

9 İyun 2018, 22:42

Meksika Konqresinə keçirilən seçkilərdə Koauila ştatından namizəd Fernando Puron Pedras-Neqras şəhərində şənbə günü axşam saatlarında güllələnib. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, cinayətkarla Purona telekanaldakı debatdan dərhal sonra hücum ediblər. Sosial şəbəkələrdə yayılan videoda görünür ki, Puron onunla şəkil çəkdirmək istəyən qadının xahişi ilə dayanır, onlar birgə foto çəkdirmək istədikləri zaman qatil soyuqqanlı tərzdə yaxınlaşaraq namizədi güllələyir. Hadisəni törədən şəxs hadisə yerini tərk edə bilir.

“Etellekt”in məlumatına görə, 1 iyulda keçiriləcək seçkilərlə bağlı indiyə qədər 112 siyasətçi və namizəd qətlə yetirilib. Ölənlərdən 28-i namizəd olmağa hazırlaşan, 14-ü isə artıq qeydiyyatdan keçmiş namizəd idi.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır