Modern.az

Çavuşoğlu Azərbaycanın parlament jurnalistləri ilə canlı yayımda olacaq

Çavuşoğlu Azərbaycanın parlament jurnalistləri ilə canlı yayımda olacaq

Aktual

12 İyun 2018, 17:30

Alanya Qəzetçilər Cəmiyyətinin dəvəti ilə Türkiyədə səfərdə olan Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

 

Modern.az  xəbər verir ki, M.Çavuşoğlu Alanyanın Dimtv.tv televiziyasının “Seçim özel” proqramının bu gün axşam yayımlanacaq canlı efirində qonaq olacaq.

Xarici işlər naziri canlı efirdə türkiyəli jurnalistlərlə yanaşı, azərbaycanlı jurnalistlərin də suallarını cavablandıracaq.

Qeyd edək ki, proqram Bakı vaxti ilə 20:00-da yayımlanacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı