Modern.az

Göygölə dolu düşüb

Göygölə dolu düşüb

17 İyun 2018, 20:37

Respublikanın bəzi ərazilərinə dolu düşüb. Modern.az xəbər verir ki, bu gün Göygölə dolu yağıb. Göygöl rayonunda 5 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib. Dolu və yağış gülü küləklə müşayiət olunub. Rayon ərazisində bəzi yerlərdə ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəyib.

Dolu əsasən rayon mərkəzi, Mollacəlili və Topalhəsənli kəndlərində müşayiət olunub.

azırda dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı iş aparılır.

Bundan əlavə Gədəbəy və Şəmkir rayonlarına yağan leysan yağışlar da, kənd təsərrüfatına ziyansız ötüşməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır