Modern.az

Dünya Çempionatı-2018: Polşa Seneqal səddini keçə bilmədi - VİDEO

Dünya Çempionatı-2018: Polşa Seneqal səddini keçə bilmədi - VİDEO

Aktual

19 İyun 2018, 21:02

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ilk tura yekun vurulub. Modern.az xəbər verir ki, Moskvadakı “Spartak” stadionunda keçirilən mundialın birinci turunun sonuncu oyununda Polşa və Seneqal milliləri üz-üzə gəlib. Levandovski-Mane mübarizəsi adlandırılan görüşdə Avropa təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzub.

 

Qeyd edək ki, Polşa millisi yeddinci dəfə mundiallarda iştirak hüququ qazanıb. Polşalılar dünya çempionatlarının ikiqat bürünc mükafatçılarıdır (1974, 1982). Polşa millisinin əsas qol silahı sayılan Robert Levandovski 91 qolla ən çox fərqlənən oyunçu kimi milli komandanın tarixinə düşüb.

Seneqal millisinin dünya çempionatlarının final mərhələsi ilə tanışlığı 2002-ci ildə baş verib. Afrika təmsilçisinin ən uğurlu çıxışı da məhz həmin çempionatda olub. Həmin mundialın açılış matçında dünya çempionu Fransanı məğlubiyyətə uğradan və dörddəbir finaladək irəliləyən Seneqal yığmasının qarşısını Türkiyə millisi kəsib.

Xatırladaq ki, Polşa millisinin və Seneqal yığmasının yer aldığı “H” qrupunda ilk matç Yaponiya və Kolumbiya komandaları arasında oynanılıb. Görüş gündoğar ölkə təmsilçilərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır