Modern.az

Dünya Çempionatı-2018: Rusiya ikinci qələbəsi ilə rekorda imza atdı

Dünya Çempionatı-2018: Rusiya ikinci qələbəsi ilə rekorda imza atdı

Aktual

19 İyun 2018, 23:57

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turuna start verilib. Modern.az xəbər verir ki, turun ilk oyununda yaşıl meydana Rusiya-Misir milliləri çıxıb.

Oyunun birinci hissəsində tamaşaçılar qol görməsələr də, ikinci hissədə qapılara 4 qol vurulub. Belə ki, ikinci hissənin əvvəlində meydan sahibləri 3 top fərqi ilə önə keçiblər. Misirin gücü isə yalnız mundialda debüt edən Salahın penalti qolu ilə fərqi azaltmağa çatıb. 

Bununla da meydan sahibləri iki oyundan sonra 6 xal qazanıb.

Qeyd edək ki, Misir millisi ilk turda Uruqvaya məğlub olub. Rusiya yığması isə açılış matçında Səudiyyə Ərəbistanı yığması üzərində 5:0 hesablı qələbə qazanıb.

Ümumiyyətlə, Rusiya millisi dünya çempionatlarının final mərhələlərində 1994-cü, 2002-ci və 2014-cü illərdə çıxış edib. Rusiyalılar ev sahibliyi etdikləri mundiala qədər dünya çempionatlarında sonuncu qələbəni 2002-ci ildə Tunis üzərində qazanıblar - 2:0.

Misir yığması isə 1934-cü və 1990-cı illərdəki mundiallardan sonra üçüncü dəfədir dünya çempionatlarında iştirak edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır