Modern.az

Ərdoğan: "PKK-nın əsas liderləri məhv edilib"

Ərdoğan: "PKK-nın əsas liderləri məhv edilib"

Aktual

20 İyun 2018, 16:55

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK-ya qarşı apardığı əməliyyat çərçivəsində terror təşkilatının əsas lider tərkibi məhv edilib.

Modern.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

 

Dövlət başçısı deyib ki, İraqın şimalında PKK terrorçularına qarşı əməliyyatlar fəal şəkildə davam etdiriləcək.

O qeyd edib ki, PKK ilə mübarizə Türkiyə üçün prioritetdir: "İraqın şimalında hərbi əməliyyatlar terrorçular tamamilə məhv edilənədək davam edəcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır