Modern.az

Bakıdakı binaların eyvanlarından paltar iplərini kəsirlər - FOTOLAR

Bakıdakı binaların eyvanlarından paltar iplərini kəsirlər - FOTOLAR

Aktual

21 İyun 2018, 15:42

Bakıda mənzillərin eyvanlarından paltar qurutmaq üçün asılan iplər  kəsilir. Nərimanov rayonundakı bir neçə binada olan paltar iplərini qaldırıcı kranla kəsirlər.

 

Modern.az saytının məlumatına görə, bu istiqamətdə İcra hakimiyyətlərinin işçiləri polis əməkdaşları ilə birgə reydlər keçirir, mənzillərin eyvanlarından asılan iplərin kəsilməsi üçün sakinlərə xəbərdarlıq edirlər.

Nərimanovdakı binalardan birinin komendatı əməkdaşımıza deyib ki, paltar iplərinin kəsilmə səbəbi binaların ümumi görünüşünə xələl gətirilmə ilə əlaqədardır.

“Bununla bağlı ciddi göstəriş var. Binaların fasadı təmiz olmalıdır. Bilirsiniz, ölkəmizə hər gün yüzlərlə turist gəlir. Ona görə də bu işlərin görülməsi vacibdir

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır