Modern.az

Gecə klubunda atışma: 2 ölü

Gecə klubunda atışma: 2 ölü

Aktual

21 İyun 2018, 22:42

Türkiyə atışma olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bodrum şəhərindəki “Medusa” gecə klubunda baş verən atışma nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb. 

 

Belə ki, dörd şəxs kluba daxil olaraq atəş açmağa başlayıb. İnsident nəticəsində obyektin sahibi Mehmet Sürensey və müğənni Həcər Tülü ölüb.

 

Yaralananların hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

 

Məlumata görə, hadisə yerindən uzaqlaşan cinayətkarlar bir müddət sonra yol polisi tərəfindən Manisa şəhərində saxlanılıblar. 

 

İnsidentin səbəbləri müəyyənləşdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı