Modern.az

“Dövlətlər vətəndaş cəmiyyəti arasında etimad mühiti yaranıb” – Azay Quliyev

“Dövlətlər vətəndaş cəmiyyəti arasında etimad mühiti yaranıb” – Azay Quliyev

22 İyun 2018, 20:12

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının 10 illiyi ilə bağlı yubiley tədbiri keçirilib. Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Şuranın yaranması ilə prezident siyasi iradəsini ortaya qoyub.

Azay Quliyev deyib ki, Şuranın yaradılması Azərbaycanda vətəndaş cəmiyyətinin milli əsaslarının möhkəmləndirilməsi, QHT sektorunun xarici donordan asılılığınının minumuma endirilməsi prosesinin başlanğıcı olub. Bununla dövlət sözün yaxşı mənasında QHT sektoruna dəstək verməyə və ona sahib durmağa başladı: “Şuranın yaradılması ilə QHT-hökumət münasibətləti yeni keyfiyyət mərhələsinə qədəm qoydu.QHT-lər dövlət qurumlarının etibarlı tərəfdaşına çevrildilər. Qeyri-hökumət təşkilatı haqqında əvvəlki illərdə olan antihökumət və ya antidövlət assosiyasiyası yavaş–yavaş aradan qalxdı. Şura cəmiyyəti maraqlandıran və narahat edən ən müxtəlif problemlərin, ictimai əhəmiyyətli məsələlərin həllinə QHT sektorunu yaxından cəlb edə bildi. Milli maraqların təminatı, ölkəmizin beynəlxalq arenada layiqincə təmsil olunması istiqamətində dövlətçiliymizə və xalqımıza bağlı olan bütün QHT-ləri səfərbər etdi”.

 

 

 

Azay Quliyev vurğulayıb ki, Şuranın yaradılması ilə ixtisaslaşmış milli donor institutunun əsası qoyuldu: “Milli donor sözünü təsadüfən işlətmirəm, çünki Şuraya qədər xarici donorlar milli məsələlərə dair heç bir təşəbbüsü dəstəkləməyiblər. Yaxşı xatırlayıram: 1998-ci ildə, düz 20 il bundan öncə Soros fondunun ölkə üzrə direktoru Devit Stabsdan işğal olunmuş torpaqlarımız haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması, şəhid ailələrinə və müharibə veteranlarına yardım edilməsi, hərbi vətənpərvərliklə əlaqədar təşəbbüslərin fond tərəfindən niyə dəstəklənmədiyinin səbəbini soruşdum. O isə açıq şəkildə dedi ki, bu sizin daxili probleminizdir və bizi maraqlandırmır. O vaxtın acı reallığı idi bu. Şuranın yaranması ilə dövlət məhz xarici donorların imtina etdiyi, lakin ölkəmiz üçün milli məsələ hesab olunan sahələri prioritet sahə elan etdi və bu istiqamətlərə dəstək verməyə başladı”.

Şura sədri bildirib ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, Xocalı soyqırımına ədalətli qiymətin verilməsi və ölkəmizin məruz qaldığı təcavüz aktının ifşa edilməsi istiqamətində Heydər Əliyev Fondunun və şəxsən 1-ci vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr hər zaman QHT sektoru və Şura üçün nümunə olub: “Bu baxımdan qeyd olunan istiqamətlər üzrə dövlətimizin həyata keçirdiyi siyasətə ictimai dəstək vermək məqsədilə Şura dünyanın 43 ölkəsinin 100-dən çox şəhərində Ermәnistanın Azәrbaycan torpaqlarını işğal etməsi, 1 milyondan cox azәrbaycanlı qaçqın vә mәcburi köçkünün hәyatı vә taleyi, Xocalı soyqırımının dәhşәtlәri haqqında mәlumatları yaymağa və müxtəlif tədbirlər keçirməyə nail olub. Şuranın dəstəyilə Avropa universitetlәrindә Qarabağ guşәlәri yaradılıb, çoxlu sayda və müxtəlif dillərdə filmlәr cәkilib, kitablar yazılıb, teatr tamaşaları sәhnәyә qoyulub”.

Azay Quliyev deyib ki, əldə olunan bütün nailiyyətlərə görə yalnız möhtərəm prezidentimiz cənab İlham Əliyevə borcluyuq: “Fürsətdən istifadə edib Azәrbaycanda vәtәndaş cәmiyyәtinin inkişafına, demokratik dәyәrlәrin qorunmasına vә QHT-lәrә göstәrdiyi diqqәt vә qayğıya gorә hörmәtli prezidentimiz cәnab İlham Əliyevә ictimai sektor adından dәrin minnәtdarlığımızı bildirir vә dövlət başçısını әmin edirik ki, bundan sonra da Şura olaraq milli maraqlarımızın qorunması, vәtәndaş cәmiyyәtinin güclәnmәsi, QHT-lәrlә hökumәt arasında dialoqun vә әmәkdaşlığın dәrinlәşmәsindә üzәrimizә düşәn vәzifәlәri layiqincә yerinә yetirmәyә çalışacağıq”.

 

Şuranın fəaliyyəti ilə bağlı videotəqdimatdan sonra çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Şuranın 10 illik fəaliyyətinin qənaətbəxş olduğunu söyləyib: "1998-ci ildə "Qrant haqqında" qanun qəbul olunana qədər QHT-lərin maliyyələşməsi ilə bağlı mübahisələr gedirdi. Həmin dövrdə ən fəal insanlar QHT yaradaraq fəaliyyət göstərməyə başladı. Biz bu gün vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti ilə öyünürük. Həm Azərbaycan dövlətinin, həm də xarici donorların ayırdıqları qrantlar bu gün şəffaf şəkildə məqsədə uyğun istifadə edilir. Bu gün Azərbaycanda QHT təmsilçiləri var ki, vəzifə təklif olunur, imtina edirlər. Onlar artıq QHT sahəsində məslək sahibi kimi formalaşıblar. QHT sektorunda fəal insanlar üçün faktiki iş yerləri açılıb. Azərbaycanda 26 il ərzində QHT sektoruna 306 milyon manata yaxın vəsait ayrılıb. QHT Şurası isə ötən 10 il ərzində QHT layihələrinin maliyyələşdirilməsinə 36 milyon manat ayırıb. Maliyyələşdirilən bu layihələrdə 30 minə qədər insan çalışıb. Bunlar Azərbaycanın fəal insanlarıdır və dövlətimizi xaricdən gələn təhlükələrdən elə dövlətin özü qədər qoruyurlar.

 

 

 

Çox təəssüf ki, QHT arasında xarici donorların təsiri altına düşən və Azərbaycana qarşı istifadə olunanlar da olub. KİV arasında da belə təsir altına düşən, Azərbaycan əleyhinə yazılar verənlər var. Azərbaycanda sağlam mövqeyə malik QHT bu sektorun 99 faizini təşkil edir". 

 

Milli Məclis sədrinin müavini Bahar Muradova da Şuranın ötən 10 il ərzində uğurla fəaliyyət göstərdiyini, bu gün QHT-lərin Azərbaycan dövlətinin maraqlarını müdafiə etdiyini bildirib. Milli Məclisin Şura ilə əməkdaşlıq barədə memorandum imzaladığını xatırladan B. Muradova Şuranın təşəbbüsü ilə QHT sektoru ilə əlaqədar irəli sürülən qanun layihələrinin parlamentdə qəbul olunduğunu qeyd edib: "Bu gün heç kəs deyə bilməz ki, vətəndaş cəmiyyəti təşəbbüsləri dəstəklənmir. Bu gün QHT-lər Azərbaycan xalqı və dövləti üçün dövlətimiz kimi məsuliyyət daşıyır".

 

 

 

Milli Məclis sədrinin müavini Şuranın ötən 10 il ərzində uğurla fəaliyyət göstərdiyini, bu gün QHT-lərin Azərbaycan dövlətinin maraqlarını müdafiə etdiyini bildirib. O qeyd edib ki, Milli Məclis Şura ilə memorandum imzalayıb və səmərəli əməkdaşlıq edir. QHT sektoru ilə əlaqədar Şuranın təşəbbüsü ilə irəli sürülən qanun layihələri Milli Məclisdə qəbul olunub və bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Bu gün QHT-lər Azərbaycan xalqı və dövləti üçün, sözün həqiqi mənasında, məsuliyyət daşıyır.

 

Daha sonra çıxış edən BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. O, BMT-nin bu istiqamətdə Azərbaycan ilə uğurlu əməkdaşlıq etdiyini bildirib. Qulam İshaqzai deyib: “Biz Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini yüksək qiymətləndiririk və bu sahədə əməkdaşlığı davam etdirməkdə maraqlıyıq”.

 

 

 

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni ulu öndər Heydər Əliyevin ölkəmizdə vətəndaş cəmiyyətinin qurucusu olduğunu vurğulayıb. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra vətəndaş müharibəsindən vətəndaş cəmiyyəti quruculuğuna doğru çətin və şərəfli yol keçdiyini deyən Rauf Zeyni 2001-ci ildə ölkəmizdə QHT-lər haqqında Qanunun qəbul edilməsinin o dövrdə bütün MDB məkanında ilk addım olduğunu və müstəsna əhəmiyyət daşıdığını söyləyib. O, Prezident İlham Əliyevin Sərəncamı ilə QHT-lərə dövlət dəstəyi Konsepsiyasının qəbul olunmasının, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və digər milli donor qurumlarının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni mərhələnin əsasını qoyduğunu bildirib.

 
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir