Modern.az

Ərdoğandan çevrilişə cəhdin 2-ci ildönümündə dünyaya MESAJ 

Ərdoğandan çevrilişə cəhdin 2-ci ildönümündə dünyaya MESAJ 

Aktual

15 İyul 2018, 23:11

"15 iyul gecəsi FETÖ-cu alçaqlar qarşısında qanları ilə dastan yazan, bayrağımıza, müstəqilliyimizə sahib çıxan bütün şəhidlərimizə rəhmət diləyirəm. Şübhəsiz heç bir zəfər qızıl qabda təqdim edilmir. Bu gün həm dərin bir kədər, həm də böyük bir qürur yaşayırıq”.

Modern.az-ın anım tədbirinə qatılan əməkdaşının verdiyi məlumata görə, bunu  15 İyul - Demokratiya və Milli Birlik Günü münasibəti ilə keçirilən tədbirdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Türkiyə prezidenti qeyd edib ki, bu zəfər, türk millətinin dirənişi o gecə tanklara, qırıcı təyyarələrə meydan oxuyan şəhid və qazilərin cəsarətinin sonucudur.

 

Türkiyə prezidenti bildirib ki, dünyanın  81 ölkəsində qeyd olunan bu zəfər bütün Türkiyə xalqının qələbəsidir.

 

Ərdoğanın sözlərinə görə, Türkiyə "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın şimalında 4600 terrorçunu məhv edib.

 

Qeyd edək ki, 2016-cı ilin iyul ayında Türkiyədə hərbi çevriliş cəhdi baş verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır