Modern.az

Ərdoğan FETÖ-dən DANIŞDI: “Azərbaycandan, Ukraynadan gətirildi”

Ərdoğan FETÖ-dən DANIŞDI: “Azərbaycandan, Ukraynadan gətirildi”

Dünya

16 İyul 2018, 11:01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “15 iyul Şəhidlər Körpüsü”ndə Türkiyədə baş vermiş faciəvi hadisələrini iki illiyi ilə əlaqədar xalq qarşısında çıxış edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı FETÖ terror təşkilatına qarşı mübarizədə Azərbaycanın da həmrəylik göstərdiyini qeyd etməyi unutmayıb.

Türkiyədə FETÖ terror təşkilatının hərbi çevriliş təşəbbüsünün məğlubiyyətə uğradılmasının 2-ci ildönümü münasibəti ilə “15 iyul Demokratiya və Milli Birlik Günü Görüşü” keçirilib.

 

Tədbirdə xalq qarşısına çıxaraq təşkilata qarşı aparılmış mübarizəyə diqqət çəkən Ərdoğan digər ölkələrin də Türkiyəyə yardımına nəzər salıb.

“Ümidlərini FETÖ-cülərə bağlayanların necə qəzəbləndiklərini bilirik. Əlaqələrimizi təyin edərkən digər mövzularla bərabər çevriliş təşəbbüsünə qarşı rəftarı da nəzərə aldıq. Bax Azərbaycandan gəldi, Ukraynadan ard-arda iki nəfər gətirildi. Nəzarətdə saxlayırıq gətiriləcəkləri. Pensilvaniyadaki məlunun böyük bir səylə gizli şəkildə böyütdüyü osminoqun qollarını kəsdik, bu belə də bilinsin” – Ərdoğan bildirib.

 

Həmin anları xatırlayan Türkiyə prezidenti bu günü “millətin xainlər üzərində qələbəsinin tarixə qızıl hərflərlə yazılmış böyük bir demokratiya mübarizəsi” adlandırıb.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir