Modern.az

Gürcüstanda FACİƏ: 4 ölü, 6 yaralı

Gürcüstanda FACİƏ: 4 ölü, 6 yaralı

16 İyul 2018, 11:11

Gürcüstanın Tikbuli şəhəri “Mindeli” mədənində yenidən metan qazı səbəbi ilə partlayış baş verib.

 

Modern.az “Sputnik Gürcüstan” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 6 nəfər isə ağır yanıqlarla xəstəxanaya çatdırılıb.

İlkin versiyaya görə tunellərin birində yığılmış metan qazının partlaması nəticəsində tunelin tavanı uçub. Tavan altında qalan 4 mədənçi hadisə yerindəcə dünyalarını dəyişib. Onların meyitləri dağıntılar altından çıxarılıb.

 

Qalan 6 nəfər isə ağır yanıqlarla Tikbuli şəhər xəstəxanasında çatdırılıb. Həkimlərin sözlərinə görə onların həyatına heç bir təhlükə yoxdur.

Hadisə ilə bağlı insan ölümünə səbəb olmuş mədən, tikinti və ya digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozma maddəsi ilə cinayət işi açılıb. 

 

Qeyd edək ki, aprelin 5-də “Mindeli” mədənində tunelin yan divarları uçub. Zərbə dalğası mərkəzi tunellərə də yayılıb ki. hadisə nəticəsində 6 mədənçi həyatını itirib, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu hadisənin səhəri günü Gürcüstanda ölmüş mədənçilərin xatirəsinə matəm günü elan edilib.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır