Modern.az

Beynəlxalq yay məktəbinin iştirakçıları gənclər evi ilə tanış olublar

Beynəlxalq yay məktəbinin iştirakçıları gənclər evi ilə tanış olublar

Aktual

19 İyul 2018, 17:14

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən “Davamlı inkişaf hədəfləri” 1-ci Beynəlxalq Yay Məktəbinin iştirakçıları Gəncə Gənclər Evi sosial xidmət müəssisəsi ilə tanış olublar.

 

Modern.az xəbər verir ki, qonaqları  müəssisənin direktor müavini Şəhriyar Hacıyev, Gəncə şəhər Gənclər və İdman  İdarəsinin baş məsləhətçisi Xəyalə  Qurbanova, “Gələcəyə  Körpü” Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə salamlayaraq, onları Gənclər Evinin inzibati binası ilə tanış ediblər. Qonaqlara müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün iclas zalları, hərbi vətənpərvərlik, karyera mərkəzləri, studiyalar haqqında geniş məlumat verilib. Tanışlıq zamanı gənclər siyasəti sahəsində görülən işlər və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə  təqdimatlar olub. Gənclər Evində gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şərait, müxtəlif təyinatlı otaqlar qonaqlarda böyük təəssürat yaradıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır