Modern.az

Balakəndə  itkin düşən şəxsin axtarışı davam edir

Balakəndə  itkin düşən şəxsin axtarışı davam edir

Aktual

13 Avqust 2018, 20:51

Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 68 yaşlı Ramazanov Süleyman Müslüm oğlunun axtarışları sabah davam etdiriləcək. Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu gün səhər saatlarında başlanan və axşamadək davam edən axtarışlar əsasən çayətrafı ərazilərdə aparılıb.

 

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

 

Qeyd edək ki, 1950-ci il təvəllüdlü Süleyman Ramazanov avqustun 10-da itkin düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır