Modern.az

Məmmədyarov supertunirə qələbə ilə başladı

Məmmədyarov supertunirə qələbə ilə başladı

Aktual

19 Avqust 2018, 09:49

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild superturnirinə qələbə ilə başlayıb.

Modern.az-ın  məlumatına görə, Məmmədyarov ilk turda ağ fiqurlarla amerikalı Uesli Soya qalib gəlib.

Hazırda həmyerlimiz turnir cədvəlində rusiyalı Sergey Karyakini məğlub edən erməni Levon Aronyanla 1-2 yerləri bölüşdürür.

 

Qeyd edək ki, turnirdə həmçinin Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) iştirak edirlər.

Ş.Məmmədyarovun növbəti rəqibi Aleksandr Qrişuk olacaq.

Turnir bir dövrə keçiriləcək və avqustun 27-i başa çatacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 300 min ABŞ dollarıdır. Qalib 75 min dollar qazanacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır