Modern.az

Bakıya gətirilən 70-dən çox qurbanlıq qoyun tələf oldu -FOTOLAR

Bakıya gətirilən 70-dən çox qurbanlıq qoyun tələf oldu -FOTOLAR

Aktual

21 Avqust 2018, 15:16

Qurbanlıq heyvanların satışı yarmarkasında dəhşətli hadisə olub.

Modern.az musavat.com-a istinadən xəbər verir ki, yarmarkaya satışa gətirilən qurbanlıq heyvanlar tələf olub. Buna səbəb isə heyvanları daşıyan maşında havalandırma yerinin olmamasıdır. Nəticədə qapalı yerdə yüz kilometr yol gələn 70-dən çox heyvan istidən və havasızlıqdan tələf olub.

Heyvan sahiblərinin özləri də bu vəziyyətdən yarmarkada xəbər tutublar. Heyvanlar yarmarkaya Siyəzən rayonundan gətirilirmiş. 70 heyvandan cəmi 4-ü sağ qalıb.

Satıcılar külli miqdarda ziyana düşməmək üçün məcburən yerdə can verən heyvanları tələsik kəsiblər. Lakin həmin ətrafda olan qəssablar bu heyvanların ətinin insanlara satılmasını doğru hesab etmirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır