Modern.az

Türkiyə 10 terrorçunu zərərsizləşdirdi

Türkiyə 10 terrorçunu zərərsizləşdirdi

Dünya

19 Sentyabr 2018, 00:42

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin Tunceli vilayətinin Ovacıq rayonunda keçirilən əməliyyat zamanı 6 terrorçu zərərsizləşdirilib.

Bununla da sentyabrın 18-də ərazidə zərərsizləşdirilən terrorçuların sayı 10-a çatıb. Əməliyyat aviasiyanın dəstəyi ilə təşkil olunub.

 

Məlumata görə, Ovacıqda antiterror əməliyyatı davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır