Qanunsuz ov edən 2 nəfər saxlanılıb.
DİN-dən Modern.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi, Biləsuvar RPŞ və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz ov etdiklərinə görə Cəlilabad rayon sakinləri Səfər Əhmədovdan “Cifsan” və Çingiz Əliyevdən “TOZ-63” markalı müvafiq sənədləri olan ov tüfəngləri və 12 ədəd patron götürülüb.