Modern.az

ABŞ-ın ərəb birliyi ilə ideyası TƏHLÜKƏDƏ

ABŞ-ın ərəb birliyi ilə ideyası TƏHLÜKƏDƏ

Aktual

29 Sentyabr 2018, 17:53

ABŞ-ın ərəb birliyi yaratmaq planları təhlükə altındadır.

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rahmən Əl Tani “Əl Cəzirə” kanalına danışıb.

“ABŞ-ın çağırdığı Yaxın Şərq Strateji Alyansına real təhlükə Fars körfəzindəki böhrandır. Təhlükəsizliyin əsas prinsipləri ilə bağlı ölkələr arasındakı fikir ayrılığı həll edilməyincə yeni alyans uğursuzluğa düçar olacaq" – Məhəmməd Əl Tani bildirib.

Qeyd edək ki, ilk dəfə Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasında ABŞ dövlət katibi Mayk Pompeo regionda təhlükəsizlik barədə əməkdaşlıq ideyasını irəli sürüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır