Modern.az

Türkiyə ordusu ağır itki verdi

Türkiyə ordusu ağır itki verdi

29 Sentyabr 2018, 20:02

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında aparılan hərbi əməliyyat zamanı ağır itki verib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hərbi əməliyyatlar zamanı Türkiyə ordusunun 1 əsgəri şəhid olub. Daha 4 hərbçi isə yaralanıb.

 

Baş Qərərgahdan edilən şərhdə də Şimali İraqdakı əməliyyatlarda əl istehsalı bir partlayıcı qurğunun partlaması nəticəsində bir əsgər öldüyü və 4 əsgərinsə yaralandığı deyilib: "Bizləri dərin kədərə boğan bu hücumda həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, şəhidimizin kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələri və  Böyük Türk millətinə başsağlığı və səbr, yaralanan silah dostlarımıza şəfalar diləyirik".

 

Qeyd edək ki, hadisənin partlayıcı maddənin partladılması nəticəsində baş verdiyi bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır